29 Aprel 2019 18:06
527
İQTİSADİYYAT
A- A+

SOCAR-la “Petronas”ın mövcud tərəfdaşlıq məsələləri müzakirə olunub


SOCAR ilə "Petronas” şirkətinin mövcud tərəfdaşlıq məsələləri müzakirə edilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, aprelin 29-da şirkətin prezidenti Rövnəq Abdullayev Formula 1 SOCAR Azərbaycan Qran-Prisi ilə əlaqədar ölkəmizdə səfərdə olan Malayziyanın "Petronas” şirkətinin prezidenti Tan Sri Van Zulkifli Van Ariffinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

R.Abdullayev qonaqları "Mercedes-AMG Petronas Motorsport” komandasının Formula 1 SOCAR Azərbaycan Qran-Prisində uğur qazanması münasibətilə təbrik edib. "Petronas” şirkətinin rəhbərliyi Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin hər il yüksək səviyyədə keçirildiyini qeyd edərək minnətdarlığını bildirib.

Görüşdə SOCAR və "Petronas” arasında mövcud tərəfdaşlıq məsələləri müzakirə olunub, o cümlədən "Şahdəniz” layihəsinin yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı qonaqlara məlumat verilib. Bildirilib ki, "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin digər seqmentləri üzrə işlər tam sürətlə, bəzən hətta qrafiki qabaqlamaqla yerinə yetirilir.

Şirkətlər arasında hasilat, satış və digər sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə qeyd olunub ki, maraq doğuran müxtəlif sahələrdə tərəfdaşlıq imkanlarının dəqiqləşdirilməsi aparılacaq.

"Petronas”ın prezidenti bu cür yüksək səviyyəli görüşlərin faydalı olduğunu bildirib, gələcəkdə Bakıda və Malayziyada növbəti görüşlərin keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Xatırladaq ki, "Petronas” şirkəti "Şahdəniz” yatağının işlənməsi layihəsində 15,5 faiz, Cənubi Qafqaz Boru Kəməri layihəsində 15,5 faiz, həmçinin "Azerbaijan Gas Supply Company” şirkətində 12,4 faizlik paya sahibdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video