29 Aprel 2019 18:03
479
İQTİSADİYYAT
A- A+

İzmirdə keçirilən “Türkiyədə biomüxtəliflik” mövzusunda toplantıda Azərbaycanda kənd təsərrüfatının inkişafından danışılıb


Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin təşkilatçılığı ilə İzmir şəhərində "Türkiyədə biomüxtəliflik” mövzusunda toplantı keçirilib və bu sahəyə aid sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, toplantıda Azərbaycanı kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Türkiyənin dövlət himni səsləndirildikdən sonra ölkənin kənd təsərrüfatının inkişafına həsr olunan sənədli film göstərilib.

Rəsmi açılış mərasimində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Orta Asiya üzrə bölgə koordinatoru və Türkiyə təmsilçisi Viorel Gutu, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və başqaları çıxış ediblər.

FAO-nun həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışan Viorel Gutu Türkiyə ilə əməkdaşlıq əlaqələrinin nəticələrindən söz açıb. Türkiyənin biomuxtəlifliyini tükənməz milli sərvət kimi dəyərləndirən nazir Bekir Pakdemirli ölkədə kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətlərdən və perspektivlərdən danışıb.

Sonra Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edib. Azərbaycanda kənd təsərrüfatının inkişaf istiqamətləri barədə geniş məlumat verən nazir İnam Kərimov bildirib ki, FAO-Türkiyə ortaq proqramları çərçivəsində qardaş ölkənin dəstəyi ilə respublikamızda 16 layihə həyata keçirilib. Azərbaycan hökumətinin kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayırdığını vurğulayan nazir qeyd edib ki, bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlıq mövcuddur. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrlə səmərəli əməkdaşlıq edir.

Daha sonra tədbir iştirakçıları Türkiyənin biomüxtəlifliyinə aid sərgi ilə tanış olublar. Tədbir çərçivəsində ağacəkmə aksiyası da keçirilib.

Toplantı panellərdə davam etdirilib.

Nümayəndə heyətinin Türkiyəyə səfəri aprelin 30-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video