29 Aprel 2019 15:37
407
CƏMİYYƏT
A- A+

Energetika naziri Şirvanda vətəndaşları qəbul edib


Energetika naziri Pərviz Şahbazov aprelin 29-da Şirvan şəhərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialının inzibati binasında vətəndaşları qəbul edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Şirvan, Hacıqabul, Salyan və Neftçala rayon sakinləri iştirak edib. Vətəndaşların müraciətləri elektrik enerjisinə görə yaranan borcun silinməsi, elektrik sayğacının quraşdırılması, qaz sayğacının sındırılması ilə əlaqədar yazılmış cərimənin silinməsi, təbii qazın illik istehlak limitinin artırılması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, işlə təminat və digər məsələlərlə bağlı olub.

Energetika naziri hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn digər şəhər və rayonlardan olan vətəndaşların müraciətləri də dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb. Ümumilikdə qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Şirvanda təşkil olunmuş qəbul barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün KİV-lərdə, Energetika Nazirliyinin rəsmi internet saytında (http://www.minenergy.gov.az) və "Facebook" səhifəsində elanlar verilib, nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin onlayn qeydiyyata alınması məqsədilə imkanlar yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video