29 Aprel 2019 14:02
755
Təhsil
A- A+

“ASAN Radio”da ADA Universitetinin bələdçiliyi ilə “Hello, America!” proqramı yayımlanacaq


ADA Universiteti və "ASAN Radio” yeni media layihəsinə başlayır.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin və "IdeaLab” MMC-nin dəstəyi ilə həyata keçiriləcək layihə çərçivəsində 100 FM-də "Hello, America!” – "Salam, Amerika!” adlı həftəlik proqram yayımlanacaq. Proqram Amerika cəmiyyətinin siyasi və sosial fərqlilikləri, ənənələri və mədəniyyəti barədə maraqlı müsahibələr və reportajlar yer alacaq.

Qeyd edək ki, layihənin başlanğıcı kimi ADA Universitetinin kommunikasiya üzrə müəllim heyəti, "ASAN xidmət”in ictimai əlaqələr şöbəsinin mütəxəssisləri və "ASAN Radio”nun yaradıcı heyət üzvləri Beynəlxalq Ziyarətçi Liderlik Proqramında iştirak edir, ABŞ-a səfər edib yerli radiostansiyalar, yayım üzrə təsisatlar və kommunikasiya fənnini tədris edən elm ocaqlarına baş çəkir, təcrübə mübadiləsi aparır və yeni tərəfdaşlıqlar qururlar.

"ASAN Radio”nun direktoru Emin Musavi bildirib: "ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə yayım kanalıdır. Ölkədə baş verən islahatlar, yeniliklər, xidmətləri ictimaiyyətə surətli, ətraflı, həm də kreativ şəkildə çatdırmağa çalışırıq. Yayım sahəsi son illərin rəqəmsal texnologiyalarının inkişafından yararlanaraq kommunikasiyanın qurulmasını yeni üslub və strategiyalarla həyata keçirir. Əminəm ki, Amerika ilə təcrübə mübadiləsi radio stansiyamızın yayım keyfiyyətini bir qədər də artıracaq”.

Qeyd edək ki, ki, ADA Universiteti ilə "ASAN Radio” son iki ildə Avropa İttifaqının dəstəyi ilə "AvropadASAN” proqramını yayımlayır. Proqramın aparıcısı Şəfəq Mehrəliyeva deyib: "Birgə təcrübəmiz göstərir ki, ölkə ictimaiyyəti maarifləndirici və maraqlı məzmunlu proqramlara böyük ehtiyac hiss edir. "ASAN Radio” ilə ilk layihəmizdə olduğu kimi, bu dəfə də ADA Universiteti beynəlxalq münasibətlər və kommunikasiya sahəsində nəzəriyyəli biliklərini yaradıcı medianın köməyi ilə Azərbaycan dinləyicisi üçün maraqlı proqrama çevirəcək”.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti yeni layihəni belə şərh edir: "Bu layihədə kommunikasiya sahəsində təhsil və tətbiq mənasında iki aparıcı təşkilatla əməkdaşlıq qurduğumuzdan məmnunuq. Media layihəsinin əsas məqsədi azərbaycanlılara amerikalıları daha yaxşı tanıtmaq olsa da, ümid edirik ki, nəticə etibarı ilə, həm də ölkədə kommunikasiya üzrə tədris proqramlarını təkmilləşdirəcək və yerli yayımın keyfiyyətini artıracaq.”

"Hello, America!” proqramını mayın 3-dən etibarən hər cümə günü saat 18:45-də "ASAN Radio” 100 FM dalğasında, asanradio.az veb səhifəsi və ya "ASAN Radio” mobil telefon tətbiqi ilə dinləmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video