28 Aprel 2019 22:04
724
İDMAN
A- A+

“Mercedes”in pilotu Valtteri Bottas karyerasında beşinci qələbəsini Bakıda qazanıb


Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi olan "Mercedes”in finlandiyalı pilotu Valtteri Bottas bu mövsüm ikinci dəfə finiş xəttinə birinci çatıb.

AZƏRTAC xəbər verir ki, pilot cari mövsümdə ilk qələbəsini Avstraliya Qran-Prisində qazanıb.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisində qalibiyyət finlandiyalı pilotun karyerasında beşinci qələbəsi olub.

Xatırladaq ki, V.Bottas Formula 1 SOCAR Azərbaycan Qran-Prisində 51 dövrəni 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vuraraq qalib gəlib. Finlandiyalı pilot dörd mərhələnin yekununda 87 xalla pilotların mübarizəsinə liderlik edir. Onun komanda yoldaşı Luis Hamilton 86 xalla ikinci, "Ferrari” komandasının almaniyalı pilotu Sebastian Fettel isə 52 xalla üçüncüdür.

Konstruktorların yarışında isə "Mercedes” komandası 173 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan "Ferrari” komandasının 99, üçüncü pillədəki "Red Bull Racing Honda”nın 64 xalı var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video