28 Aprel 2019 15:16
643
CƏMİYYƏT
A- A+

Bakıda pravoslav xristianlar Pasxanı qeyd ediblər


Tolerant və multikultural ölkə olan Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin və milliyyətlərin nümayəndələri yüz illərdir yan-yana, sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar.

Aprelin 27-dən 28-nə keçən gecə Bakıdakı Müqəddəslər Jen-Mironosets Kafedral kilsəsində pravoslav xristianlar mübarək Pasxanı qeyd ediblər.

AZƏRTAC xəbər verir ki, pravoslav xristianlar kilsədə bayram ayinini yerinə yetiriblər. Onlar müqəddəs moizələrə qulaq asıb, şam yandırıblar.

Pasxa xristianların ən qədim, mühüm və əziz bayramlarından biridir. Pravoslav təqviminə görə, Müqəddəs Pasxa günü – İsa Məsihin dirilməsi bayramı bu il aprelin 28-nə təsadüf edir. Ənənəyə görə, cümə axşamı səhərdən başlayaraq şirin kökələr bişirilir, axşam Pasxaya hazırlıq görülür, şənbə günü onları kilsəyə aparır, şənbədən bazar gününə keçən gecə isə xristian dini məbədlərində Pasxanın başlanmasını və Məsihin Dirilməsi bayramını bildirən ibadət keçirilir.

Məsihin Dirilməsi münasibətilə Pasxa süfrəsi ətrafına toplaşan pravoslav xristianlar bir-birini boyanmış yumurtalar və şirin kökələrə qonaq edir, "Məsih dirilib!” sözləri ilə salamlayırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video