28 Aprel 2019 14:58
649
İDMAN
A- A+

Formula 2 üzrə ikinci yarışın qalibləri müəyyənləşib


Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 üzrə ikinci yarışa yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar Bakı şəhər halqasında 23 dövrə vurublar.

Gərgin idman mübarizəsinin yekununda "DAMS” komandasının pilotu kanadalı Nikolas Latifi birinci olub. "Charouz”un amerikalı sürücüsü Xuan Manuel Korrea yarışı ikinci, "Campos Racing”in ingiltərəli pilotu Cek Aitken isə üçüncü pillədə başa vurublar.

Sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları qaliblərə Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Formula 1 yarışlarının ölkəmizdəki təşkilatçısı "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov təqdim ediblər.

Xatırladaq ki, ötən gün keçirilən Formula 2 üzrə birinci yarışda "Campos Racing” komandasının pilotu Cek Aitken birinci, "ART Grand Prix”dən Nik de Vries ikinci, "MP Motorsport”un üzvü Cordan Kinq isə üçüncü yeri tutublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video