Alternative content

00:12 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ulduzlarla “qidalanan” nəhəng qara cazibə
Ulduzlarla “qidalanan” nəhəng qara cazibə
ANA SƏHİFƏ / Elm və texnika
01:27 28.04.2019


Bu yaxınlarda 200-dən çox astronomun iştirakı ilə həyata keçirilən beynəlxalq layihə çərçivəsində ilk dəfə olaraq qara dəliyin fotosu çəkilib. Qaranlıq nüvənin ətrafında olan parlaq narıncı-sarı halqanın görüntüsü dünyanın 8 rəsədxanası arasında əlaqə qurularaq yaradılan "Event Horizon Telescope” (EHT) radioteleskopu tərəfindən əldə edilib.

M87 qalaktikasında yer alan bu qara dəliyin kütləsinin Günəşin kütləsindən 6.5 milyard dəfə böyük olduğu təsbit olunub. M87 qalaktikası planetimizdən 53 milyon işıq ili uzaqda yerləşir. Qara dəlik də dünyadan 520 kentilyon kilometr uzaqlıqdadır.

Görüntüdə dəliyi çevrələyən və işıldayan maddə tərəfindən ortaya çıxarılan qaranlıq dairə qara dəliyin kölgəsini və sərhədlərini göstərir. Ancaq parlaq halqanın rəngləri qazın real rəngi deyil. Bu rənglər araşdırmaçılar tərəfindən yayılmanın parlaqlığını təsvir etmək məqsədilə seçilib. Sarı rəng ən sıx yayılmanı, qırmızı rəng daha az sıx olan yayılmanı, qara rəng isə çox az və ya heç olmayan yayılmanı göstərməkdədir. Real optik aralıqda isə halqa mavi və ya qırmızı ola bilər.

Ötən gün bu qara dəliyə Havaydan olan dilçi alim Larry Kimuranın təklifi ilə "Powehi” adı verilib. "Powehi” havay dilində "dərin, bəzəkli yaranış” mənasını verir.


Qara dəlik nədir?


Qara dəlik kosmosda olan və işığın belə qaça bilmədiyi çox güclü qravitasiya sahəsinə malik kosmik cisimdir.

Qara dəliklərin varlığı iddiası ilk olaraq XVIII əsrin sonunda Con Mitçell və Pyer Simon Laplas tərəfindən bir-birindən xəbərsiz olaraq irəli sürülmüşdü. O vaxtlar ikinci kosmik sürətin işıq sürətindən daha çox ola biləcəyi, yəni işığın belə qaça bilməyəcəyi qədər güclü təsirli kosmik cisimlərin olduğu düşünülürdü. Ancaq XX əsrin əvvəllərində, xüsusilə Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin ortaya atılması ilə qara dəlik fantastik bir anlayış olmaqdan çıxdı. "Qara dəlik” termini 1960-cı illərdə amerikalı fizik Kip Torn vasitəsilə ortaya atıldı. İçində qara dəlik saxlayan bir cismin ilk müşahidəsi isə 1971-ci ildə Uhuru peyki tərəfindən aparılıb. Peyk Qu bürcünün ən parlaq ulduzu olan Qu X-1 qoşa ulduzunda rentgen şüaları mənbəyi olduğunu təyin etmişdi.


Necə meydana gəlirlər?


İlk qara dəliklərin kainatın ilkin mərhələlərində, Böyük Partlayışdan dərhal sonra meydana gəldiyi ehtimal edilir. Ulduz mənşəli qara dəliklər isə çox böyük kütləli bir ulduzun öz mərkəzinə doğru partlaması nəticəsində yaranır. Bu, eyni zamanda bir supernovaya, ya da kosmosa doğru partlayan ulduz partlamalarına səbəb olur. O ki qaldı superkütləli qara dəliklərə, alimlər onların içərisində olduqları qalaktikalarla eyni anda meydana gəldiklərini düşünürlər. Bu qara dəliklərin böyüklüyü qalaktikaların kütləsindən və ölçüsündən asılıdır.


Milyonlarla Günəş böyüklüyündə...


Qara dəliklər müxtəlif ölçülü ola bilərlər, lakin təməl olaraq 3 növü var. Qara dəliklərin kütləsi və böyüklüyünü onların növü müəyyənləşdirir. Ən kiçik qara dəliklər ilk qara dəliklərdir. Alimlər bu növ qara dəliklərin bir atom qədər kiçik, ancaq böyük bir dağ qədər iri kütləyə sahib olduqları qənaətindədirlər.

Ən məşhur qara dəlik tipi ulduz mənşəli orta ölçülü olanlardır. Bir ulduz mənşəli qara dəliyin kütləsi Günəşin kütləsindən təxminən 20 dəfə çox ola və təxminən 16 km diametrindəki bir topun içərisinə yerləşdirilə bilər. "Süd yolu” qalaktikasında onlarla ulduz mənşəli qara dəliklərə rast gəlinir. Amerika Astronomiya Dərnəyinin illik toplantısında açıqlanan elmi raportlara görə, qara dəliklərdən biri "Süd yolu”nun tam mərkəzində, dünyadan 26 min işıq ili uzaqlıqdadır. "Saqittarus A” (A-Star) adı verilən qara dəliyin əhatə etdiyi həcm bizim Günəş sistemi böyüklüyündədir, ancaq kütləsi milyonlarla dəfə artıqdır. Hesablamalara görə, 2,6 milyard Günəş kütləsinə bərabər bu qara dəlik ətrafındakı ulduzları saniyədə 965 kilometrlik sürətlə özünə doğru çəkir.

Ən böyük qara dəliklər isə "superkütləli” (supermassive) adlandırılır. Bu qara dəliklər bir milyon Günəşin birləşməsindən daha böyük kütləyə malikdirlər və diametri təxminən Günəş sistemi böyüklükdə olan bir topun içərisinə yerləşdirilə bilər. Elmi sübutlar böyük qalaktikaların hər birinin mərkəzində bir ədəd superkütləli qara dəliyin olduğunu göstərir. "Süd yolu” qalaktikasının mərkəzində olduğu düşünülən superkütləli qara dəliyin kütləsi təxminən 4 milyon ədəd Günəşin kütləsinə bərabərdir.

Bəs, görəsən, Günəş özü qara dəliyə çevrilə bilərmi? Alimlərin fikrincə, Günəş qara dəliyə çevrilə biləcək qədər yetərli kütləyə sahib deyil.


Qara dəlik planetimizi uda bilər?


Qara dəlik hər şeyi içinə çəkən, kosmosun olduqca sıx olan bir parçasıdır. Cazibə gücü o qədər çoxdur ki, sahəsinə girən hər hansı bir kütlənin bu cazibədən qaçmaq şansı yoxdur. Tozsoranın xortumu kimi ətrafındakı hər şeyi içinə çəkir. Tonlarla ağırlıqda kütlələrə sahib olan planetlər, peyklər, asteroidlər, hətta ulduzlar belə qara dəliyin cazibə gücünə qarşı dayana bilməzlər. Bir dəfə qara dəliyin cazibə sahəsinə girdikdən sonra artıq əsla geriyə dönüş yoxdur. Görəsən, qara dəlik nə vaxtsa Yer kürəsini də uda bilərmi?

Bir çox alimlər dünyanın ehtimal olunan qara dəliklər tərəfindən udulması ilə yox olacağını düşünür. Dünya bir qara dəliyin içinə girməsə belə bu göy cisminin olduğumuz sistemin yanından keçməsi bir çox planetin orbitindən çıxmasına səbəb olar. Yüzlərlə, minlərlə asteroid o cür güclü cazibə qüvvəsindən təsirlənər. Hətta cazibədən təsirlənən yüzlərlə, minlərlə göy cismi planetimizə düşə bilər.

Bəzi mütəxəssislər isə deyirlər ki, Yer kürəsinə təsir etməsi üçün bir qara dəliyin orbiti Günəş sisteminə çox yaxın olmalıdır, amma bu vəziyyət çox da mümkün deyil. Əgər Günəşin yerinə bir Günəş boyda qara dəlik olsaydı, bunun da Yerə heç bir təsiri olmazdı. Günəş qədər kütləsi olan bir qara dəlik Günəş ilə eyni cazibə qüvvəsinə sahib olardı. Belə bir vəziyyətdə indi Günəş ətrafında hərlənən planetlər qara dəlik ətrafında dönərdi.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM