28 Aprel 2019 01:26
1284
Elm və texnika
A- A+

Süni yolla doğulan ilk kərgədan


ABŞ-da bir zooparkda ilk dəfə olaraq süni döllənmə yolu ilə kərgədan balası doğulub. CNN-in xəbərinə görə, Mayamidəki zooparkda doğulan təkbuynuzlu hind kərgədanı süni mayalanma nəticəsində dünyaya gələn növün ilk nümunəsidir.

2016-cı ildə zooparka gətirilən Akuti adlı ana kərgədanın təbii yolla balalama cəhdləri uğursuzluqla nəticələndiyi üçün 2018-ci ilin yanvar ayında süni döllənmə çalışmalarına başlanıldı. Aprelin 23-də isə bala kərgədan doğuldu.

Beynəlxalq Kərgədan Vəqfinin məlumatına görə, dünyada 3 min 500-ə yaxın hind kərgədanı yaşayır. Buynuzlarına görə ovlanan və nəsli tükənmə təhlükəsi altında bu növ kərgədanlarda hamiləlik 15-16 ay davam edir. Dişi kərgədan iki-üç ildə bircə bala doğa bilir.

Yeni doğulan bala və ana kərgədanların səhhətinin yaxşı olduğu bildirilir. Cinsiyyəti hələ bilinməyən bala kərgədana ad da qoyulmayıb. Hələlik yalnız Facebook üzərindən şəkilləri paylaşılan bala və anası Akuti bir müddət sonra zooparka gələn ziyarətçilərə göstəriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video