28 Aprel 2019 01:23
698
İDMAN
A- A+

Çarlz Bredli: “Bu, son 30 ildə 12-ci hadisədir”


Məlum olduğu kimi, "Williams” komandasının pilotu Corc Rasselin bolidi drenaj lükünə ilişərək sıradan çıxmışdır.

Bakıda keçirilən "Formula-1” SOCAR Azərbaycan Qran-prisinin srağagün start götürmüş birinci sərbəst yürüşü zamanı baş vermiş bu insident avtomobil idmanı tarixində ilk belə hadisə deyil. "Global”ın baş redaktoru Çarlz Bredli yazır ki, son 30 il ərzində daha 12 pilotun bu səbəbdən bəxti gətirməmişdir. Özü də həmin hadisələr Bakıdakından da ağır olmuşdur.

Məsələn, 2017-ci ildə "Formula-1”in Malayziya Qran-prisində Romen Qrojanın maşını lükün qapağı ilə toqquşduqdan sonra sıradan çıxmışdır. 2016-cı il Avropa Qran-prisində Valtteri Bottas həmin səbəbdən mübarizəni dayandırmışdır.

2016-cı il Qran-pri Monakoda ilk sərbəst yürüş zamanı iki pilotun - Censon Battonun və Niko Rosberqin avtomobilləri ziyan çəkmişdir.

2010-cu ildə Monakoda keçirilmiş Qran-pri yarışları zamanı braziliyalı Rubens Barrikellonun maşını lükə dəydikdən sonra dağılmışdır.

2015-ci il Qran-pri Çin yarışlarında kolumbiyalı Xuan-Pablo Montoyya həmin səbəbdən mübarizəni dayandırmalı olmuşdur.

Müəllif qeyd edir ki, lüklərdən təkcə "Formula-1” maşınları zərər çəkməyib. 2017-ci ildə Hokkenhaymda DTM yarışlarında Pol di Resta, 2015-ci ildə "Laquna-Seka” trasında İMSA çempionatında Ben Kitinq, 2005-ci ildə Şanxayda V8 Supercars yürüşündə Mark Vinterbotton, bundan bir il öncə həmin şəhərdə DTM yarışları zamanı Bernd Maylander, 1990-cı ildə isə Mon-Realda keçirilmiş dünya çempionatında Xesus Pareyya, Fermin Veles və Denin Morenin avtomobilləri lüklə toqquşduqdan sonra sıradan çıxmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video