28 Aprel 2019 01:18
1427
Səhiyyə
A- A+

40 gündə öldürən amansız illət


Təhlükəli infeksion xəstəliklərdən biri də quduzluqdur. Bu xəstəlik insana quduzluq xəstəliyinə tutulmuş pişik, it və vəhşi heyvanların dişləməsi nəticəsində keçir. Quduzluq xəstəliyi çox ağır əlamətərlə xarakterizə olunur və əksər hallarda ölümlə nəticələnir.

Virus insan orqanizminə 2 yolla düşə bilər: quduz heyvanın dişləməsi və xəstəliyə yoluxmuş heyvanın ağız suyunun insanda olan açıq yaraya dəyməsi nəticəsində.

İnsan orqanizminə düşmüş quduzluq virusları sinirlər vasitəsilə mərkəzi sinir sisteminə doğru hərəkət edir, artıb çoxalır və mərkəzi sinir sistemini məhv edir.

İnsanlarda xəstəlik xəstə heyvan dişləməsindən dərhal sonra başlamır. Xəstəliyin bir neçə gündən sonra başlayan, bəzən 3-4 aya qədər davam edən inkubasion dövrü var. Bu dövrün uzunluğu insanın dişlənmə nahiyəsindən asılıdır. Dişlənmə nahiyəsi nə qədər mərkəzi sinir sisteminə yaxındırsa, xəstəliyin inkubasion dövrü bir o qədər qısa olur. Xəstəliyin insanda inkişafının 3 mərhələsi var: depressiya, psixomotor oyanma, qıcıqlanma və iflic, koma mərhələsi. Sonuncu ölümlə nəticələnir.


Hərarət qalxır, ürək və tənəffüs dayanır...


Xəstəlik inkişaf etməyə başlayanda öncə yarada qızarma, narahatlıq yaranır. Daha sonra bədənin hərarəti bir qədər yüksəlir, depressiv hal müşahidə olunur. Yuxu pozulur, xəstə qorxulu yuxular görür. İkinci mərhələdə xəstələrin sudan, işıqdan qorxması halı yaranır. Xəstələr su içmək istəyəndə boğazlarında spazm olur, panika başlayır. Onlar işıqdan, səsdən dəhşətli dərəcədə qorxurlar, qıcolmalar olur. Öz paltarlarını cırır, ətrafdakılara hücum etməyə çalışır, dişləməyə can atır, idarəedilməz vəziyyətə düşürlər. Son mərhələdə xəstə hərəkətsizləşir, hərarət 40 dərəcəyə qədər qalxır, insan ürək və tənəffüs dayanmasından ölür.


Dərhal yaranı yumaq lazımdır


İlk olaraq təcili yaranı çoxlu miqdarda su ilə, sabunla yumaq, yaranı sıxıb qan çıxartmaq lazımdır. Yaranı yuyarkən 70%-li spirtdən istifadə etmək tövsiyə olunur. Təcili olaraq həkimə (yaxşı olar infeksionistə) müraciət edib quduzluq əleyhinə vaksin vurdurmaq lazımdır. Sxem üzrə vaksinin vurulması sonrakı günlərdə də davam etdirilməlidir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video