28 Aprel 2019 01:16
1237
Səhiyyə
A- A+

Vərəmə qarşı təbii immunitet


Keçi südü insanın immun sisteminə çox müsbət təsir edir, orqanizmin xəstəlikdən sonra bərpa olunmasını sürətləndirir. Tez-tez xəstələnən və zəif uşaqlar üçün keçi südü çox faydalıdır. 3 yaşından başlayaraq uşağın qidalanmasına təbii keçi südü əlavə etmək olar (əvvəl kiçik miqdarda).

Keçi südünün vitamin-mineral tərkibi inək südü ilə müqayisədə daha zəngindir. Keçi südündə əsas vitaminlərin (A, B, D, E) və mineralların (kalium, kalsium, maqnezium, kobalt) miqdarı daha çoxdur.

Keçilərdə vərəmə qarşı təbii immunitet olduğu üçün südünün tərkibindəki anticisimlərdən bu xəstəliyin müalicəsində istifadə edilir.

Keçi südü mədədə selik əmələ gətirmədiyi üçün allergiyadan, astmadan əziyyət çəkən xəstələr üçün çox xeyirlidir. Xərçəngə qarşı qorunmada əvəzsiz olan seleniumla zəngindir. Həmçinin tərkibində daha çox A vitamini olduğu üçün onkoloji xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli rol oynayır.

Keçi südü sümüklər, dişlər üçün xeyirlidir, ürək-damar və sinir sisteminə müsbət təsir edir, mədə-bağırsaq sistemində olan xoraların və eroziyaların sağalmasına kömək edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video