28 Aprel 2019 01:13
754
İQTİSADİYYAT
A- A+

Sumqayıtın yaşıllıq zolağı daha da genişlənəcək


Dünən Sumqayıt Şəhər İcra Hakimiyyəti və respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ağacəkmə kampaniyası keçirilib.

"Bu yaz özün bir təbiət yarat!” adlı aksiyada adıçəkilən təşkilatların nümayəndələri iştirak edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tədbir iştirakçıları ilə görüşüb onlara belə bir aksiyaya görə minnətdarlıqlarını bildiriblər.

Daha sonra ağacəkmə kampaniyasına start verilib. Tədbir iştirakçıları Sumqayıt Bulvarında ayrılmış xüsusi ərazidə ağacların əkilməsində iştirak ediblər. Beş növdə olan ağacların əkilməsi başa çatdıqdan sonra tədbir iştirakçıları onlar üçün hazırlanmış səyyar çadırda çay süfrəsi arxasında söhbət ediblər. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Sumqayıtın onun üçün doğma şəhər olduğunu vurğulayıb. O bildirib ki, bu gün Sumqayıt təkcə respublikamızda deyil, Avropada ekoloji tarazlığın qorunması və saxlanması baxımından önəmli yer tutur. Bütün bunlar şəhərdə aparılan abadlıq işlərinin müsbət göstəricisidir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görülən işlər barədə məlumat verərək bildirib ki, bu işdə hamının əməyi var. Şəhər rəhbərindən tutmuş adi vətəndaşadək hamı şəhərin qarşıdan gələn 70 illik yubileyinə hazırlaşır. Bütün bunlar dövlət başçısının şəhərimizə göstərdiyi qayğının nəticəsidir. Görülən işlərdən söz açan Z.Fərəcov bildirib ki, şəhərdə sosial problemlərin aradan qaldırılması istiqamətində iş aparılır. İnsanların istirahəti, gənclərin sağlam böyüməsi, onların təhsili vacib məsələdir. Ekoloji baxımdan isə əvvəlki şəhərdən əsər-əlamət qalmayıb. Yaşıllıqların salınması bu istiqamətdə görülən işlərə daxildir.

Şəhər ictimaiyyətinin nümayəndələri belə səmimi görüşə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Sonda iştirakçılarla birlikdə xatirə şəkli çəkdirilib.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video