28 Aprel 2019 01:11
559
İDMAN
A- A+

Oğuzda idmana maraq böyükdür


Ölkənin hər yerində olduğu kimi, Oğuzda da bədən tərbiyəsi və idmanın inkişafına daimi diqqət yetirilir. Bu işdə Oğuz Olimpiya İdman Kompleksinin rolu böyükdür.

Kompleksin direktoru Mətləb Kərimov söhbət zamanı dedi ki, bu idman obyekti 11 il əvvəl - 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Kompleks fəaliyyətə başlayandan bəri idmançıların üzünə açıqdır. Burada ölkə əhəmiyyətli, regional və rayondaxili yarışlar keçirilir.

Beş hektarlıq ərazidə yerləşən kompleksdə idmansevərlər üçün hərtərəfli şərait yaradılmışdır. Burada böyük futbol matçlarının keçirilməsi üçün açıq meydançadan tutmuş örtülü zaladək bütün imkanlar var. Kompleksin ərazisində basketbol, voleybol və futzal yarışları keçirmək mümkündür. Güləş, cüdo və aykido bölmələri də fəaliyyət göstərir. Bundan əlavə, stolüstü tennis və bilyard yarışları keçirilir.

Kompleksdə müxtəlif idman turnirlərinin təşkili ardıcıl xarakter almışdır. Bir neçə gün əvvəl burada cüdo üzrə regionlararası yarış keçirilmişdir. İdman tədbirinə Gürcüstan idmançıları da qatılmışdılar. Turnirdə 350 cüdocu iştirak edirdi. Yarışda kompleksin cüdo bölməsinin iki üzvü - Seyfəddin Seyfəddinov və Ziyəddin Təkimov mükafatçılar arasında olmuşdur.

Yaxın vaxtlarda kompleksdə stolüstü tennis yarışının keçirilməsi planlaşdırılır. Ardınca region üzrə futbol çempionatı keçiriləcək. Daha sonra basketbol üzrə ölkə birinciliyi təşkil olunacaq. Kompleksin kollektivi sözügedən idman tədbirlərinin yüksək səviyyədə keçməsi üçün hərtərəfli hazırlıq işləri görüb.

Oğuzda cüdoya maraq göstərənlər daha çoxdur. Bu idman növü ilə məşğul olanlar arasında yüksək titullar qazananlar da var. Aykido ilə maraqlananlar da az deyil. Futbol bölmələri isə uğurları ilə seçilir. Xaçmazda keçirilmiş futbol turnirində oğuzlu futbolçular 2-ci yeri tutmuşlar. Yayda əsasən üzgüçülüyə daha çox üstünlük verilir.

Oğuzun Qəbələ və Şəki kimi turizm mərkəzlərinin qonşuluğunda, turizm marşrutunun üstündə yerləşməsi onun əhəmiyyətini daha da artırır. Turistlər həm olimpiya kompleksinin ərazisində inşa olunmuş kotteclərdə qala, həm də müxtəlif idman növləri ilə məşğul ola bilirlər. Xüsusən qapalı hovuz qonaqları daha çox cəlb edir.

Yay vaxtı kompleksin ərazisində məktəblilərin yay düşərgələri də təşkil olunur.

Hazırda kompleksdə cari təmir işləri gedir. Kotteclər, hovuz mövsümə hazırlanır.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video