27 Aprel 2019 20:32
635
İDMAN
A- A+

“Campos Racing” komandasının pilotu Cek Aitken Bakıda Formula 2 üzrə birinci yarışın qalibi olub


"Campos Racing” komandasının pilotu Cek Aitken Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda keçirilən Formula 2 üzrə birinci yarışın qalibi olub.

AZƏRTAC xəbər verir ki, 32 dövrənin yekununda Cek Aitken 1 saat 2 dəqiqə 27,628 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "ART Grand Prix” komandasının pilotu Nik de Vries ikinci, "MP Motorsport”un üzvü Cordan Kinq üçüncü yeri tutublar.

Formula 2 üzrə 23 dövrədən ibarət ikinci yarış aprelin 28-də keçiriləcək.

Xatırladaq ki, ötən gün keçirilən Formula 2 üzrə birinci sərbəst yürüşdə "UNI Virtuosi” komandasının pilotu Luka Qiotto bütün rəqiblərini üstələyərək birinci olub. "Carlin” komandasından Nobuharu Matsuşita sərbəst yürüşü ikinci, "MP Motorsport”un sürücüsü Cordan Kinq isə üçüncü yerdə başa vurublar.

Sıralama turunda isə "Carlin” komandasının pilotu Nobuhari Matsuşita Bakıda qalib gəlib. "ART Grand Prix” komandasının sürücüsü Nik de Vries ikinci, "UNI Virtuosi” komandasının pilotu Luka Qiotti isə üçüncü yeri tutublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video