Alternative content

18:17 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qlobal istiləşmə nəticəsində okeanlarda fırtınalar güclənib
Qlobal istiləşmə nəticəsində okeanlarda fırtınalar güclənib
ANA SƏHİFƏ / DÜNYA
20:21 27.04.2019

Planetin havası istiləşdikcə, dəniz və okeanlarda qasırğalar daha təhlükəli olur.

AZƏRTAC "Haytek+” saytına istinadla xəbər verir ki, küləyin sürətinin və dalğaların hündürlüyünün artması həm gəmilər, həm də sahilyanı infrastruktur üçün təhlükəli ola bilər.

İqlim dəyişmələrinin nəticələri çox fərqlidir və bu nəticələr bəzən aşkar görünmür. Tədqiqatçılar 1985-2018-ci illər ərzində 31 peyk və 80-dən çox siqnal üzgəci vasitəsilə toplanmış məlumatları təhlil edərək, bu qənaətə gəliblər ki, okeanlarda dalğanın orta hündürlüyü və küləyin orta sürəti xeyli artıb.

Bu vəziyyət bütün dünyada müşayiət olunur, lakin cənub yarımkürəsində daha aşkar təzahür edir. 30 il ərzində qasırğalı küləklərin sürəti saniyədə 1,5 metr və ya 8 faiz, dalğaların maksimal hündürlüyü isə 30 santimetr və ya 5 faiz artıb. Atlantik okeanda və Sakit okeanın ekvatorial hissəsində ən güclü küləklərin sürəti saniyədə 0,6 metr artıb.

Dünyada temperaturun artması həm fırtınaların gücünə, həm də suyun keyfiyyətinə təsir göstərir. ABŞ alimlərinin tədqiqatları göstərib ki, sututarların azot ilə çirklənməsinin əsas səbəbi məhz iqlim dəyişmələridir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM