27 Aprel 2019 13:16
595
İDMAN
A- A+

Finlandiyalı turist: Formula 1 yarışı Bakıya çox yaraşır


Bakı şəhər halqası özünəməxsusluğu ilə seçilir. Həmişə yüksək təşkilatçılıq bacarığı ilə fərqlənən Azərbaycan növbəti Formula 1 Qran-Prisinə də müvəffəqiyyətlə ev sahibliyi edir.

Bu sözləri Formula 1 SOCAR Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gələn finlandiyalı turist Ramin Avtosaloma AZƏRTAC-a müsahibəsində deyib.

Formula 1 yarışlarını izləmək üçün Bakıya ikinci dəfədir gəldiyini qeyd edən turist şəhəri çox bəyəndiyini, yarışın paytaxtımızda daha həyəcanlı keçdiyini bildirib: "Bakı füsunkar və bir sıra mədəniyyətlərin elementlərini özündə cəmləşdirən böyük və gözəl şəhərdir. Dünya əhəmiyyətli mötəbər tədbirlərin burada keçirilməsi çox təbiidir. Bunu təkcə mən yox, buradakı müxtəlif tədbirlərdə iştirak edən dostlarım da təsdiqləyirlər. Hesab edirəm ki, Formula 1 kimi möhtəşəm idman yarışı Bakıya çox yaraşır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video