27 Aprel 2019 01:29
665
İDMAN
A- A+

Yürüş mühəndisi Bakı trası haqqında


"Renault” komandasının pilotu Daniel Rikkardonun yürüş mühəndisi Karel Lus Bakı trasının və şəhər Qran-prilərinin xüsusiyyətlərindən danışıb.

K.Lus deyib: "Bakı trası astasürətli döngələrin uzun düz yolla ahəngində maraqlı uyğunlaşmadır. Burada qaz pedalını basma müddəti 20 saniyə uzandığı bir vaxtda yürüşçülər mövqe uğrunda mübarizə aparırlar.

Şəhər trasında heç kimin səhvə yol vermək haqqı yoxdur. Yürüşdə çoxsaylı qəzalar baş verir, tez-tez təhlükəsizlik avtomobili yola çıxır. Bundan başqa, Bakıda şinləri qızdırmaq çətindir. Bu amillər sayəsində yürüş maraqlı alınır.

Şəhər traslarında pilot tərəfindən əks istiqamətlə ünsiyyət böyük rol oynayır. Biz çalışırıq ki, pilot özünü rahat hiss edərək bolidinə etimad göstərsin. Əgər pilot bolidinə əmindirsə, o zaman o, hücuma keçməyi bacaracaq. Şəhər traslarında pilotun istəklərinə xüsusi diqqətlə yanaşmaq lazımdır və onun maşını sürətlə idarə etməsi üçün arzuladığı hər şeyi təqdim etmək vacibdir. Bu, stasionar avtodromlarla müqayisədə şəhər traslarında daha çox mühümdür.

Bakı trası mühəndislər üçün də mürəkkəbdir. Çünki sıxılan güclə sürət arasında uyğunlaşma tapmalısan. Sazlanma axtarışını külək çətinləşdirir. Küləyin istiqaməti hər döngədə dəyişir. Bu səbəbdən də pilot və mühəndislərin işi asan olmur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video