27 Aprel 2019 01:25
642
İDMAN
A- A+

Bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib


Aprelin 26-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək beynəlxalq arenada mötəbər idman yarışlarının yüksəksəviyyəli təşkilatçısı kimi tanınan Azərbaycanın daha bir mühüm turnirə evsahibliyi etdiyini bildirib. Müstəqilliyin bərpasından ötən müddətdə Azərbaycanın dünyada özünü dinamik inkişaf edən, müasir ölkə kimi tanıtdığını bildirən nazir müavini vurğulayıb ki, respublikamızda digər sahələrlə yanaşı, idmanın inkişafına da diqqət və qayğı göstərilir. Bunun sayəsində Azərbaycan idmanı sürətlə inkişaf edir, atletlərimiz ən nüfuzlu yarışlarda uğurla mübarizə aparır, ölkəmiz mötəbər turnirlərə peşəkarlıqla evsahibliyi edir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, məqsədyönlü dövlət siyasəti sayəsində Azərbaycan dünyada qabaqcıl idman dövlətlərindən birinə çevrilib.

İ.İsmayılov deyib ki, son illər müxtəlif səviyyəli beynəlxalq yarışların vətənimizdə keçirilməsi və idmançılarımızın ən mötəbər yarışlarda əldə etdikləri böyük uğurlar bunun əyani sübutudur: "Bunun da nəticəsində beynəlxalq qurumlar irimiqyaslı yarışlara evsahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verirlər.

Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çoxşaxəli fəaliyyətində gimnastikanın da mühüm yer tutduğunu vurğulayan nazir müavini bildirib: "Mehriban xanım Əliyevanın 2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə bu sahədə dinamik inkişafın əsası qoyulub. Məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində ölkəmizdə gimnastika yeni inkişaf mərhələsinə qədəm qoyub. Mehriban xanımın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişib. Son 16 ildə Bakı bir çox beynəlxalq gimnastika yarışlarına evsahibliyi edib. Ölkəmizdə gimnastikanın bütün növləri üzrə beynəlxalq yarışların keçirilməsi artıq ənənəyə çevrilib. Azərbaycanda gimnastika növlərinin, o cümlədən bədii gimnastikanın inkişafına böyük təkan verilib və gimnastika həvəskarlarının sayı ildən-ilə artır. Bu yolun davamı olaraq növbəti dəfə təşkil olunan dünya kubokunda da tamaşaçılar tanınmış bədii gimnastların təqdimatında zərifliyi və əzmkarlığı təcəssüm etdirən maraqlı idman mübarizəsinin şahidi olacaqlar”.

Dünya kubokunun gərgin və maraqlı idman mübarizə şəraitində keçəcəyinə əminliyini bildirən İ.İsmayılov ölkəmizdə idmanın inkişafına göstərdikləri davamlı diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Qeyd edək ki, turnirdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır. Üç gün davam edəcək yarışlarda 25 qrup komandası və 70-dən çox gimnast çıxış edəcək. Yarışların birinci iki günündə təsnifat mərhələləri keçiriləcək və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə final mərhələsinin qalibləri müəyyənləşəcək. Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi "AGF Trophy” kuboku da təqdim olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video