26 Aprel 2019 17:53
578
İDMAN
A- A+

BŞH Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşündə baş verən qəza ilə bağlı açıqlama yayıb


"Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti aprelin 26-da Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü zamanı baş verən qəza ilə bağlı açıqlama yayıb.

AZƏRTAC-a daxil olan açıqlamada birinci sərbəst yürüş sessiyasının lük qapağının yerindən tərpənməsi nəticəsində ləğv edildiyi bildirilib: "Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, bu hadisənin yaranmasına əsas səbəb lük altlığında üstdən görünməyən nasazlığın olmasıdır.

Hazırda Beynəlxalq Avtomobil Federasiyası (FIA) ilə birlikdə həmin lükün təhlükəsiz şəkildə əvəz olunması və trekdə olan bütün digər lüklərin növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində iş aparılır. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən vacib məsələdir. Trekdə olan 300-dən çox lükün təkrar yoxlanılması prosesi başa çatdıqdan dərhal sonra növbəti yarış sessiyasına start veriləcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video