26 Aprel 2019 16:44
554
İDMAN
A- A+

İngiltərəli turist: Formula 1 Azərbaycan Qran-Prisi digər yarışlardan möhtəşəmliyi ilə fərqlənir


Formula 1 Azərbaycan Qran-Prisi möhtəşəmliyi ilə digər yarışlardan fərqlənir.

Bu sözləri Formula 1 SOCAR Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gələn ingiltərəli turist Cemi Sleksmet AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Ölkəmizə ikinci dəfə gəldiyini vurğulayan C.Sleksmet azərbaycanlıların qonaqpərvər və gülərüz olduqlarını diqqətə çatdıraraq bildirib ki, şəhər traslarında yarış həmişə maraqlı olur. Ensiz və uzun yollarda bolidlərin mübarizəsi məni valeh edir. Ümid edirəm ki, gələn il təşkil olunacaq yarışa da gələcəyəm. Əyləncə zonasında çox gözəl şərait yaradılıb.

Azərbaycan mətbəxinin zənginliyindən məftunluqla söz açan ingiltərəli turist deyib: "Özünəməxsus və dadlı milli xörəkləriniz var. Bakı həm Şərq, həm də Qərb mədəniyyətinin elementlərini görmək olar. Möhtəşəm binalar və dənizkənarı park insanı valeh edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video