26 Aprel 2019 16:42
511
İDMAN
A- A+

Formula 2: sıralanma turuna start verilib


Aprelin 26-da Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib.

AZƏRTAC xəbər verir ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə "UNI Virtuosi” komandasının pilotu Luka Qiotto bütün rəqiblərini qabaqlayıb. İkinci ən yaxşı nəticə "Carlin” komandasından Nobuharu Matsuşitaya, üçüncü nəticə isə "MP Motorsport”un sürücüsü Cordan Kinqə məxsusdur.

Aprelin 27-də saat 13:10-da birinci, bir gün sonra isə 14:15-də ikinci yarış keçiriləcək. İlk yarışda pilotlar 32, növbəti yürüşdə isə 23 dövrə vuracaqlar.

On bir mərhələdən ibarət yarışa sentyabrın 27-29-da Rusiyanın Soçi şəhərində yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video