Alternative content

16:08 25 May 2019
ONLINE XƏBƏR LENTİ
11:07 25.05.2019 Saxta balın zərərləri
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
16:37 26.04.2019

Aprelin 26-da Milli Məclisin aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Eldar İbrahimov gündəliyə yeddi məsələnin daxil olduğunu bildirib.

Əvvəlcə "Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Qanun layihəsini təqdim edən Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə bildirib ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 27-ci bəndinə uyğun olaraq, Azərbaycanda aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Qanun layihəsi 4 fəsil, 21 maddədən ibarətdir.

İclasda iştirak edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova qanun layihəsinə münasibətini bildirib, bir sıra təkliflər irəli sürüb. Nazir müavini bildirib ki, elektron kənd təsərrüfatı sistemi qurulub. Hər gün on minlərlə fermer bu sistemdə qeydiyyatdan keçir. Kağız üzərində bəzən eyni predmetlə bağlı birdən çox müqavilə bağlanır. Bu, dövlət vəsaitindən sui-istifadəyə səbəb olur. Amma elektron informasiya sistemində bütün bu hallar aradan qaldırılacaq. Fermer bir təsərrüfata münasibətdə bir müqavilə bağlaya bilər.

Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib ki, Azərbaycanda təxminən 400 minə yaxın fermer kənd təsərrüfatı subsidiyasından istifadə edir. Bu, o deməkdir ki, dövlət vətəndaşa maliyyə dəstəyi verir. Buna baxmayaraq, dövlətin verdiyi maliyyə dəstəyindən sahibkarlıq subyektlərinin təxminən 50 faizi istifadə edir. Bu, o deməkdir ki, vətəndaşların bir çoxunda kiçik torpaq sahələri var, 80 faizi təxminən 2 hektardan az torpağa sahibdir. "Dövlət fondunun yaradılması, dövlət tərəfindən subsidiyaların verilməsi və bütün bu sistemin dövlət-özəl tərəfdaşlığı əsasında qurulması gələcəkdə aqrar sığorta sisteminin uğurlu işləməsinin təminatçısı olacaq”, - deyə M.Əliyev bildirib.

Sonra "Fitosanitar nəzarəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində, Su, Meşə, Torpaq və Şəhərsalma və Tikinti məcəllələrində, "Meliorasiya və irriqasiya haqqında”, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında” "Balıqçılıq haqqında”, "Elektroenergetika haqqında” və "Nəqliyyat haqqında”, "İctimai iştirakçılıq haqqında”, "Dəniz limanları haqqında”, "Yaşıllıqların mühafizəsi haqqında” və "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda, "Kənd təsərrüfatı kooperasiyası haqqında”, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, "Turizm haqqında” və "Elektrik və istilik stansiyaları haqqında” qanunlarda, "Auditor xidməti haqqında”, "İnvestisiya fəaliyyəti haqqında”, "Müflisləşmə və iflas haqqında”, "Kiçik sahibkarlığa dövlət himayəsi haqqında”, "Yeyinti məhsulları haqqında”, "Notariat haqqında”, "Kredit ittifaqları haqqında” və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxılıb.

Müzakirə edilən bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM