26 Aprel 2019 15:01
507
İDMAN
A- A+

“Ferrari” komandası Bakıda “Mersedes”in qələbələr seriyasında fasilə yaratmağa çalışacaq


Formula 1 avtoyürüşləri üzrə dünya çempionatının dördüncü mərhələsi, yəni 2019-cu il Azərbaycan Qran-Prisi cümə günü start götürür. Yürüşlərin ilk günündə Bakıdakı şəhər trasında iki sərbəst praktika keçiriləcək.

İlk üç yürüşdə "Mersedes” komandası üstünlüyü əldə saxlayıb. Britaniyalı Lyuis Hemilton və finlandiyalı Valtteri Bottas öz komandalarına üç qələbə dublu gətiriblər. Komanda yoldaşından bir qələbə irəlidə olan Hemilton Bakıya lider kimi gəlib. Almaniya konserninin əsas rəqibi olan "Ferrari” mövsümqabağı testlərdə bu komandanın nümayiş etdirdiyi yüksək sürəti hələlik təsdiqləyə bilmir. "Ferrari”nin lideri alman Sebastyan Fettel də yaxşı formada deyil: o, gənc komanda yoldaşı monakolu Şarl Leklerdən cəmi bir xal irəlidədir.

Daniil Kvyatın "Toro Rosso”dan Formula 1-ə qayıtması hələlik yaxşı təsir bağışlamır. Rusiyalı yürüşçü bu mövsümdə ilk yürüşü pis keçirməyib, xal qazana bilib, lakin sonrakı iki yürüş, xüsusən Tailanddan olan komanda yoldaşı Aleksander Albonun fonunda solğun təsir bağışlayıb. O, hər iki yürüşü xal qazana biləcəyi zonada başa çatdırıb.

Formula 1-in Bakı mərhələsi çempionatın təqviminə üç il bundan əvvəl daxil edilib. Lakin o vaxt Bakı mərhələsi Avropa Qran-prisi çərçivəsində keçirilirdi. 2017-ci il mövsümündən başlayaraq bu mərhələ Azərbaycan Qran-Prisi adlanır. Mərhələnin trası şəhər daxilindədir. Start xətti Xəzər dənizinin sahil boyunca keçir. Trek 20 döngədən ibarətdir (12 sol döngə və 8 sağ döngə), dövrənin uzunluğu 6 kilometrdir. Bu start xətti çempionatın təqvimində ən uzun xəttdir (2,1 kilometr). Start xəttinin sonunda yürüşçülər sürəti saatda 340 kilometrdə çatdıra bilərlər. Bu trasın daha bir xüsusiyyəti ondan ibarətdir ki, 8 döngə 90 dərəcəlik bucaq altında yerləşir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video