26 Aprel 2019 14:47
337
CƏMİYYƏT
A- A+

Nazir İnam Kərimov: Subsidiyaların ödənilməsi gələn ildən elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək


Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması dövlət xidmətlərinin daha çevik, daha əlçatan olmasını şərtləndirir. Yəni, baytarlıq və fitosanitar xidmətlər, kreditlərin alınması, müraciətlərin ünvanlanması, vergilərin ödənilməsi mobil qurğular vasitəsilə həyata keçirilir. Ən əsası isə odur ki, gələn ildən subsidiyaların ödənilməsi bu sistem vasitəsilə təmin olunacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov aprelin 26-da Zaqatalada keçirilən vətəndaş qəbulu zamanı jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, fermerlər ən çox subsidiyaların ödənilməsi ilə bağlı şikayət edirlər: "Subsidiyaların əldə edilməsi zamanı xeyli bürokratik əngəllər yaranır. Sənədlərin toplanması, təsdiq edilməsi, yerli icra nümayəndəliyi, rayon və respublika səviyyəsində ona baxılması xeyli vaxt aparır. Fermerlər istəyirlər ki, onlara düşən subsidiyaları daha qısa müddətdə, bürokratik əngəllər olmadan əldə etsinlər”.

Nazir İnam Kərimov bildirib ki, hazırda bütün rayonlarda Dövlət Aqrar İnkişaf mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vətəndaşlara vahid pəncərə, çeviklik və şəffaflıq prinsipləri əsasında 70-dək xidmət göstərilir. Bu gün ən prioritet xidmətlərdən biri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılmasıdır. Artıq bütün rayonlarda fermerlər öz təsərrüfatlarını elektron qaydada qeydiyyatdan keçirirlər.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin çox böyük faydası olduğunu vurğulayan İnam Kərimov deyib: "Artıq fermerlərin, istehsal vasitələrinin düzgün qeydiyyatı aparılacaq, onların istehsal etdikləri məhsulların proqnozlaşdırılması, planlaşdırılması həyata keçiriləcək. Layihənin ən böyük üstünlüyü ondadır ki, fermer öz fəaliyyətini bazarın tələblərinə uyğun planlaşdıra biləcək”.

Dövlət Aqrar İnkişaf mərkəzlərində könüllülük fəaliyyətinin geniş vüsət aldığını bildirən İnam Kərimov deyib: "Gənclərimiz aqrar sektora böyük maraq göstərirlər. Artıq kənd təsərrüfatı gənclər üçün cəlbedici bir sahəyə çevrilib. Biz bu gənclərin əldə etdiyi təcrübə sayəsində aqrar sektorun inkişafına nail olacağıq, bu könüllülər gələcəkdə aqrar sektorda çalışacaqlar”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video