26 Aprel 2019 11:56
463
SİYASƏT
A- A+

Çinin nüfuzlu "Global Times" qəzeti AZƏRTAC-ın xəbərlərini yaymağa başlayıb


Çinin nüfuzlu "Global Times" qəzeti AZƏRTAC ilə əməkdaşlıq çərçivəsində agentliyin xəbərlərini yaymağa başlayıb.

İngilis dilində gündəlik nəşr olunan "Global Times" qəzetinin internet səhifəsində AZƏRTAC-ın Pekində 2-ci "Bir kəmər, bir yol" forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında 821 milyon ABŞ dolları dəyərində əməkdaşlıq sənədlərinin imzalanması mərasimi barədə xəbəri yerləşdirilib.

Qeyd edək ki, "Global Times" qəzeti Çin Kommunist Partiyasının rəsmi mətbu orqanı olan "Jenmin Jibao" qəzetinin tərkibində, onun ingilis dilində çap variantı kimi 2009-cu ildən dərc olunur. Təkcə Çində deyil, dünyada geniş oxucu kütləsinə malik olan qəzet 2013-cü ildən paralel olaraq ABŞ-da da dərc edilir.

AZƏRTAC Azərbaycan həqiqətlərinin, ölkəmizin hərtərəfli inkişafı barədə məlumatların dünyaya yayılması üçün xarici dövlətlərin nüfuzlu KİV-ləri ilə sıx əməkdaşlıq edir. Ötən il AZƏRTAC ilə Çinin milli xəbər agentliyi Sinxua arasında əməkdaşlığa dair sənəd imzalanıb. Bundan başqa, agentlik təkcə Çində deyil, bütün dünyada məşhur olan ingilisdilli "China Daily" qəzeti ilə də sıx əməkdaşlıq edir. Yaxın vaxtlarda tərəflər arasında əməkdaşlıq sənədinin imzalanması nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video