26 Aprel 2019 11:54
578
İDMAN
A- A+

Bakıda Formula 2 yarışlarına start verilib


Aprelin 26-da Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula 2 yarışı üzrə sərbəst yürüşlərə start verilib.

AZƏRTAC xəbər verir ki, 45 dəqiqə davam edəcək sərbəst yürüşlər başa çatdıqdan sonra saat 13:00-dan 14:30-dək Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 15:00-da isə Formula 2-nin sıralama turu başlayacaq.

Yarışda 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.

Xatırladaq ki, ötən il aprelin 27-29-da Bakıda keçirilən Formula 2 turunun ilk yarışında "Dams” komandasının pilotu Aleksander Albon, ikinci yarışında isə "ART Grand Prix” komandasının pilotu Corc Russel qələbə qazanmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video