26 Aprel 2019 11:39
868
Mədəniyyət
A- A+

Heydər Əliyev Mərkəzinin parkında: DJ “S-BROTHER-S”, “Rast” qrupu və musiqili atəşfəşanlıq


Mayın 10-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı və musiqili atəşfəşanlıq təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, konsert proqramında "Rast” qrupu və Rusiyanın "S-BROTHER-S” DJ layihəsi çıxış edəcək.

Konsertin sonunda isə musiqili atəşfəşanlıq şousu olacaq. Pirotexnik şou Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayevin əsərlərinin sədaları altında təqdim ediləcək.

Tədbirə giriş sərbəstdir.

Qeyd edək ki, "Rast” qrupu 1993-cü ildə yaradılıb, bədii rəhbəri Azərbaycanın Əməkdar artisti Rəşad Haşımovdur. Pop, rok, caz və milli musiqi janrlarının sintezi qrupa böyük tamaşaçı auditoriyası qazandırıb. ABŞ, Almaniya, Böyük Britaniya, Rusiya, Sinqapur, Türkiyə, İsveçrə, Mərakeş və digər ölkələrdə çıxış edib.

"S-BROTHER-S” rusiyalı əkiz qardaş – Ruslan və Sergey Smirnovlardan ibarət unikal DJ layihəsidir. 2008-ci ildən bütün Rusiyanı gəzib, Portuqaliyadan Çinədək bir çox ölkələrdə qastrollarda olub. "S-BROTHER-S” çılğın enerjisi, özünəməxus üslubu və səhnədəki ekspressiv təqdimatı ilə məşhurluq qazanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video