Alternative content

12:02 23 May 2019
ONLINE XƏBƏR LENTİ
01:08 23.05.2019 Qafqazın dan ulduzu
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Belçikadakı Erməni icmasının soyqırımıların təkzib edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanuna düzəliş cəhdləri iflasa uğrayıb
Belçikadakı Erməni icmasının soyqırımıların təkzib edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanuna düzəliş cəhdləri iflasa uğrayıb
ANA SƏHİFƏ / SİYASƏT
09:57 26.04.2019

Aprelin 25-də Belçika Federal Parlamenti Ruanda, Kamboca və keçmiş Yuqoslaviyada törədilmiş soyqırımıların təkzib edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul edib.

AZƏRTAC xəbər verir ki, Belçikadakı erməni icmasının və onun təsiri altında olan parlamentarilərin güclü təzyiqlərinə baxmayaraq, qondarma "erməni soyqırımı”nın yeni qanunla əhatə olunmuş soyqırımıların siyahısına daxil edilməsi səyləri iflasa uğrayıb. Belə ki, fransızdilli DéFİ (Demokrat, Federalist və Müstəqillər) və cdH (Xristian-Demokrat Mərkəzi) partiyaları tərəfindən bu xüsusda təqdim olunmuş düzəliş təklifi aprelin 24-də - qondarma "erməni soyqırımı”nın ildönümü kimi qeyd olunan gündə Belçika Federal Parlamentinin Ədliyyə Komissiyasında aparılmış müzakirələr nəticəsində rədd edilib.

Məsələyə münasibət bildirən Belçikanın ədliyyə naziri Kun Qens ölkə qanunvericiliyini Avropa İttifaqı və Avropa Şurasının hüquqi təlimatlarına uyğunlaşdırmaq məqsədilə yeni qanun layihəsinə yalnız beynəlxalq yurisdiksiya çərçivəsində barəsində yekun qərar qəbul edilmiş soyqırımıların daxil edildiyini, "erməni soyqırımı” ilə bağlı isə belə bir qərarın olmadığını vurğulayıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM