Alternative content

11:58 23 May 2019
ONLINE XƏBƏR LENTİ
01:08 23.05.2019 Qafqazın dan ulduzu
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Almaniya KİV-ləri Formula 1-dən yazır
Almaniya KİV-ləri Formula 1-dən yazır
ANA SƏHİFƏ / Təhsil
09:55 26.04.2019

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi Almaniyanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, "Speed-magazine” idman jurnalının internet səhifəsində dərc edilən məqalədə Formula 1 Azərbaycan Qran-Prisinin digərlərindən çox fərqləndiyi, Bakı Şəhər Halqasının Formula 1 təqvimində ən uzun və ən sürətli marşruta malik olduğu bildirilir. Altı min metrdən çox uzunluğa malik halqada çətin döngələrin və maksimal sürəti toplamaq üçün düz yolun olduğu vurğulanır.

"Motorsport” idman jurnalının internet səhifəsində dərc edilən məqalədə Formula 1 Azərbaycan Qran-Prisinin çox həyəcanverici olduğu qeyd edilir. Bakı Şəhər Halqasının döngələri ilə yadda qaldığı bildirilir. Məqalədə "Red Bull” komandasının pilotlarının Bakı Şəhər Halqasına dair fikirlərini əks etdirən videoçarx yerləşdirilib.

"Augsburger Allgemeine” qəzetinin saytında dərc edilən məqalədə də Bakı Şəhər Halqası haqqında məlumat verilir.

Eyni məzmunlu məqalələr Almaniyanın "Berliner Morgenpost”, "Speedweek”, "Badische Neueste Nachrichten”, "Motorsport Magazin”, "Motorsport Total”, "Rheinpfalz” və digər qəzet və jurnallarında da dərc olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM