Alternative content

16:26 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyevə qlobal miqyasda növbəti böyük etimad
İlham Əliyevə qlobal miqyasda növbəti böyük etimad
ANA SƏHİFƏ / SİYASƏT
00:53 26.04.2019


Dünyanın ən güclü fövqəldövlətlərindən olan Çinin lideri Azərbaycan Prezidentini dostu adlandırdı, onun dəstəyini yüksək qiymətləndirdi və daha uğurlu gələcəyə birgə imza atacaqlarını bəyan etdi


Prezident İlham Əliyevin Çinə səfəri işgüzar xarakter daşısa da, keçirilən yüksək səviyyəli görüşlər, ölkəmiz və liderimizlə bağlı səslənən fikirlər səfərin elə rəsmi dövlət statusunda baş tutduğuna dəlalət edir.

Ən mühüm nüans isə odur ki, dövlət başçımız "Bir kəmər, bir yol” layihəsinin əsas dəstəkçilərindən biri olmaqla kifayətlənmədiyini, bu təşəbbüsün həyata keçirilməsində də əsas siyasi-iqtisadi istinadlardan olacağını bildirdi və bu rəy beynəlxalq səviyyədə olduqca mühüm müdafiə kimi dəyərləndirildi.


Fövqəlgüc Azərbaycanı əsas tərəfdaş kimi seçib


İlham Əliyev diplomatiyasında Çinlə münasibətlərə xüsusi önəm verir. Özü də əməkdaşlıq yalnız iqtisadi-ticari sahə ilə məhdudlaşmır. Siyasəti ehtiva edən olduqca genişprofilli istiqamətlər üzrə fəal əməkdaşlıq, regional təşkilatlardan beynəlxalq qurumlaradək hər yerdə uzlaşdırılmış vahid mövqe sərgiləmək rəsmi Bakı ilə Pekinin əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bir mühüm məqam da Çinin daim Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməsi, Dağlıq Qarabağ probleminin yalnız sərhədlərin dəyişməzliyi prinsipi ilə həllini mümkün saymasıdır.

Çəkinmədən hər iki ölkəni səmimi dost, etibarlı partnyor hesab etmək olar. Münasibətlərin bu axarı Azərbaycan üçün çox vacibdir. Nəzərə alaq ki, dünyanın ikinci iqtisadi-siyasi gücü əzmlə "birinci”yə çevrilmək iddiasını ortaya qoyub və bu prosesdə ardıcıl uğurlar qazanır. Çin "nüfuz dairəsi”ni artıq sərhəd qonşularından bütün Asiya və Afrikanı əhatə edən coğrafi arealadək genişləndirib. Həmçinin yeni iqtisadi-ticari münasibətlər sistemi sayəsində Avropa və Amerika qitələrində əsas inhisarçılardan birinə çevrilir.

İndi Çinin qarşısında duruş gətirmək olduqca çətindir və ABŞ-dan Avropa ölkələrinə, Rusiyadan Yaponiyayadək bütün paytaxtlarda anlayırlar ki, dünyanın yeni nizamının əsaslı korrektələrini məhz Pekin edir. Belə bir siyasi, iqtisadi güclə dost olmaq Azərbaycan üçün də, şübhəsiz, böyük uduşdur.

Amma son səfər sübut etdi ki, dünyanın yeni fövqəlgücü ilə Qafqazın liderinin münasibətlərini tənzimləyən əsas amil məhz liderlər arasında mövcud olan səmimi və etibarlı dostluqdur. Və hər birimiz dünya gündəmini müəyyənləşdirən fövqəldövlətin liderinin Prezident İlham Əliyev barədə söylədiyi olduqca xoş rəydən qürurlandıq.


Dünyanın yeni iqtisadi fatehindən "İlham Əliyev mesajı”


Si Cinpini Çin Xalq Respublikasının əvvəlki sədrlərindən fərqləndirən çox xüsusiyyətlər var. Əvvəla, onun "Çin spesifikalı sosializm” nəzəriyyəsi ölkəni dünyanın yeni iqtisadi fatehinə çevirib.

Həmçinin ötən il "Forbes” tərəfindən planetin ən nüfuzlu şəxsi seçilməsi də ona beynəlxalq münasibətin ən dolğun ifadəsidir. Bir məsələni də xüsusi vurğulayaq: Çin isteblişmenti öz liderinin xarizmasını, alternativsizliyini birmənalı qəbul edir, məhz onun hakimiyyətinin uzunömürlülüyünü dövlətin qüdrətinin zəmini kimi tanıyır və onilliklər boyu mövcud olan "rəhbərin iki müddətə seçilməsi” məhdudiyyətini götürərək Si Cinpinə etimadını göstərir.

Belə bir şəxsiyyətin dilindən Azərbaycan Prezidentinə səslənən fikirlər isə, əlbəttə, protokol iltifatı kimi qəbul olunmamalıdır. Bu, İlham Əliyevə qlobal miqyasda elan edilən növbəti mühüm dəstək, onun liderliyinə verilən önəmli qiymətdir.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidentinin şəxsən ikitərəfli münasibətlərin inkişafına, "Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə reallaşdırılmasına verdiyi töhfələrə görə təşəkkür etdi, bu layihənin ilk dəstəkçilərindən olmasını yüksək qiymətləndirdi. Azərbaycanı Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biri sayaraq İlham Əliyevlə birlikdə ortaq səylərlə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirəcəklərini söylədi.

"Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram” - bu fikirlər isə, əslində, həm də Azərbaycan-Çin münasibətlərinin yeni hədəflərinə böyük inamın təcəssümü idi.


Bir kəmər, bir yoldan eyni hədəflərə, eyni məqsədlərə doğru…


Səfər çərçivəsində Prezidentin Çin şirkətlərinin rəhbərləri ilə görüşləri də iqtisadi münasibətlərin perspektivi baxımından vacibdir. Özü də bu şirkətlərin hamısı planetin ən tanınmış istehsalçıları, həm də innovasiyalar, yüksək texnologiyalar üzrə ixtisaslaşmış transmilli korporasiyalar, dünya brendləri idi.

Dünyada telekommunikasiya avadanlıqlarının ən böyük təchizatçılarından biri olan ZTE, radioelektronika sahəsində ixtisaslaşan CETC, informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı şirkətlərdən sayılan "Huawei”, "China National Electric Engineering”, "China Poly Group” və digərlərinin rəhbərləri ilə aparılan danışıqların əsas məzmunu bu dünya nəhənglərinin Azərbaycanla işbirliyini genişləndirməyə sövq etmək idi.

İqtisadiyyat sahəsində mövcud olan əməkdaşlıq məhsuldar olsa da, əslində, mövcud olan potensial baxımından genişlənməsinə böyük ehtiyac var. Dövlətlər arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edir, son dövrlərdə Çindən idxal da 40 faiz artıb. Pekində ticarət nümayəndəliyi, Urumçi, Luco və Şanxayda Ticarət evləri açan Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizdə 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ötən dövr ərzində Azərbaycandan Çinə 1,7 milyard dollar, onlardan isə respublikamıza 800 milyon dollardan artıq investisiya yatırılıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon dollar dəyərində layihələrdə Çin şirkətləri iştirak edib. Bakı Çinin təşəbbüsünə qoşularaq, Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçisi olub. Ölkəmizə səfər edən Çin turistlərinin sayında 53 faiz artımın olması da müsbət göstəricidir.

Amma İlham Əliyev və Si Cinpin bunları yetərli saymırlar. Haqlıdırlar da.

Çünki Bakı ilə Pekini birləşdirən tək yollar, kəmərlər deyil, həm də eyni hədəflər, eyni məqsədlərdir...

İxtiyar HÜSEYNLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM