Alternative content

17:04 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Humanizmə söykənən sosial müdafiə
Humanizmə söykənən sosial müdafiə
ANA SƏHİFƏ / SİYASƏT
00:51 26.04.2019


İkinci Dünya müharibəsinin iştirakçıları da Prezidentin xüsusi qayğısı əhatəsindədir


İlham Əliyev hələ birinci dəfə Prezident seçildikdən sonra imzaladığı ilk fərman və sərəncamlar əhalinin sosial müdafiəsi ilə bağlı olmuşdur. Təkcə 2004-cü ildə dövlət başçısı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə ümumilikdə 10-dan çox fərman və sərəncam imzalamışdır. Bu ondan xəbər verirdi ki, İlham Əliyevin Prezident kimi diqqət ayıracağı əsas sahə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi olacaq. Sonrakı dövrdə Prezident tərəfindən həyata keçirilən tədbirlər bunu sübut etdi.

Günü bu gün də ölkəmizdə hər il əməkhaqları, sosial ödənişlər, müavinətlər artırılır, pensiya sistemi təkmilləşdirilir. Pensiyadan söz düşmüşkən qeyd edək ki, Prezidentin tapşırığına əsasən, vətəndaşlara təqaüdlərin ödənilməsində ədalətin təmin edilməsinə daim diqqət yetirilir. Buna pensiyanın baza hissəsinin artırılması və indeksləşdirilməsi sayəsində nail olunur.

Azərbaycanda həyata keçirilən sosial islahatlar davamlı xarakter daşıyır. Məhz bu hesaba son 15 ildə maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb.

Yalnız cari il minimum pensiyanın məbləğinin artırılması 223 min təqaüdçünü, o cümlədən əlilliyə görə təqaüd alan 140 min insanı əhatə edib.

Prezident tərəfindən ilin əvvəlindən imzalanan fərman və sərəncamlar sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olanların, həmçinin Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I qrup əlilliyi olan şəxslərin, eləcə də tələbələrin təqaüd və pensiyaları da artırılmışdır. Dövlət başçısının humanizmini "I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında imzaladığı fərman da təsdiq edir.

İkinci Dünya müharibəsi bəşər tarixinin ən qanlı savaşlarından biridir. Bu müharibə milyonlarla insanın həyatına son qoymuş, şəhərləri, kəndləri dağıdıb viran etmişdir. Azərbaycan da SSRİ-nin tərkibində bu müharibənin iştirakçısı olmuşdur. Sovetlər birliyinin müharibədə qazandığı qələbədə xalqımızın, respublikamızın payı böyükdür. Azərbaycan həmin dövrdə ordunu neftlə təmin edərək qələbənin qazanılmasında müstəsna rol oynamışdır.

Azərbaycanda müharibə iştirakçıları bütün dövrlərdə dövlət tərəfindən qayğı ilə əhatə olunmuşlar. Həmin ənənə bu gün də davam edir. Dövlət başçısı bu istiqamətdə növbəti sərəncamını cari il aprelin 23-də imzalamışdır. "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medalla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” olan sərəncamda qeyd edilir ki, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad (indiki Sankt-Peterburq) şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik yardım verilsin.

Prezidentin sərəncamı bir daha göstərir ki, bütün təbəqələrdən olan vətəndaşlarımızın sosial müdafiəsi, onların rifahının yaxşılaşdırılması dövlətin daim diqqətindədir.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM