Alternative content

23:44 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Küçələrin fəthi başladı
Küçələrin fəthi başladı
ANA SƏHİFƏ / İDMAN
00:50 26.04.2019


Pilotlar yarışa, bolidlər isə trekə hazırdır


Bu gün Bakı sayca 4-cü dəfə möhtəşəm tədbirə - "Formula-1” Azərbaycan Qran-prisinə evsahibliyi edir. Sürətsevərlər planetin ən güclü 10 komandası və 21 pilotun əzmkar mübarizəsinin şahidi olacaqlar. Yarışın keçiriləcəyi Bakı Şəhər Halqası bəzi xüsusiyyətlərinə görə digər "Formula-1” treklərindən seçilir.

Şəhərin müasirliyi ilə tarixiliyini özündə birləşdirən Bakı Şəhər Halqası şəhər trekidir və digərləri ilə müqayisədə burada maksimal sürətin qeydə alınacağı gözlənilir. Pilotların yarışacağı avtomobillər - bolidlər də starta tam hazır vəziyyətdədir. Pilotların trekdən qalib ayrılmaq üçün bütün güclərini səfərbər edəcəkləri şübhəsizdir.


Bu gün trasla tanışlıq olacaq


Digər qran-prilərdə olduğu kimi, paytaxtımızda yarışacaq komandalar da reqlamentə əsasən bu gün hər biri 1,5 saat davam edəcək iki sərbəst yürüşdə trasla tanış olacaq, maşınları yarışa hazır vəziyyətə gətirəcəklər. Şənbə günü səhər sürücülər bir saatlıq məşq keçəcəklər. Adətən, nahardan sonra sıralanma turu və ya təsnifat mərhələsi təşkil olunur. Bu turun yekun nəticəsinə görə sürücülərin bazar günü keçiriləcək yarışda start düzümü formalaşır.


Azərbaycan Qran-prisinin əsas yarış günü


Aprelin 28-də isə Azərbaycan Qran-prisinin yarış günüdür. Sürücülər bir gün əvvəlki sıralanma turunun nəticələrinə görə startda yerlərinə keçirlər. Əvvəlcə sürücülər trasda bir dövrə vuraraq təkərləri və əyləcləri qızdırır, dövrənin tamamında isə yenidən start yerlərini tuturlar.

Yarışın direktoru Çarli Uaytinqin xüsusi işarəsindən, yəni 5 qırmızı işığın sönməsindən sonra yarış başlayır. Dövrənin uzunluğundan asılı olaraq sürücülər müxtəlif traslarda müxtəlif sayda dövrələr vururlar.


Yeniliklərlə yaddaqalan mərhələ


"Formula-1” yarışlarının Azərbaycanın paytaxtında keçirilməsi ilə bağlı FOM (Formula One Management) ilə danışıqlar 2013-cü ildə başlanıb və 2014-cü ilin martında ilkin müqavilə imzalanıb. Azərbaycanda Qran-prinin təşkili ilə dövlət səviyyəsində məşğul olublar. Bu da layihənin statusunu və onun ölkə üçün əhəmiyyətini göstərir.

İlk dəfə 2016-cı ildə paytaxtımızda keçirilən "Formula-1” Avropa Qran-prisinin Bakı mərhələsi yeniliklə yadda qalmışdı. Bu, sıralama turları ilə bağlıdır. Əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən ən pis nəticə göstərən 6 pilot mübarizədən kənarlaşdırıldı.

10 pilot 12 dəqiqəlik üçüncü seansdakı göstəricilərə görə yarışa start verirdi. Yeni qaydaya görə isə seansın sonunda yox, 90 saniyədən bir ən yavaş pilotun mübarizəni dayandırması nəzərdə tutulub.

"Formula-1” mütəxəssislərinin rəylərinə görə, bu yenilik yarışın həyəcanını bir qədər də artırıb.

"Formula-1”in dünyada kifayət qədər azarkeşləri olduğunu nəzərə alsaq, Bakı Şəhər Halqasında tamaşaçıların yarışı canlı və təhlükəsiz izləmələrinə hər cür imkan yaradılıb. Bunun üçün Bakı Şəhər Halqasının müxtəlif yerlərində tamaşaçı tribunaları quraşdırılıb. Bu tribunalar elə yüksək səviyyədə hazırlanıb ki, daim istifadədə olsa belə, dağılıb sıradan çıxmır. Bu mötəbər yarışın yüksək səviyyədə KİV-də işıqlandırılmasına təcrübəli müxbir və fotomüxbirlər cəlb edilib. Beləliklə, dünyanın ən böyük informasiya alyansları, eləcə də ölkəmizin xəbər agentlikləri Bakıda keçiriləcək "Formula-1” yarışı barədə xəbərləri dünyaya yayacaqlar.


Şəhər traslarının ən sürətlisi


Bakı trası şəhər traslarından ən sürətlisidir. O, uzunluğuna görə yalnız Spadan, döngələrinin sayına görə isə Sinqapurdan və Abu-Dabidən geri qalır. O da saat əqrəbinin əks istiqamətində burulur. German Tilkenin arxitektura bürosu tərəfindən işlənib hazırlanmış küçə trası layihəsi isə 2014-cü ilin oktyabrında rəsmən təqdim edilib. Layihəyə görə, tras Dənizkənarı bulvar və Hökumət Evi, qismən İçərişəhər boyunca tarixi mərkəzdən keçir.

Düz yolun sonunda maksimum sürət saatda təqribən 370 kilometrdir. Konfiqurasiyaya 12-si sol və 8-i sağ olmaqla 20 döngə, o cümlədən səkkiz 90 dərəcəlik döngə daxildir. Trasın eni İçərişəhərdə yeddinci və səkkizinci döngələr rayonunda 13 metrdən 7,6 metrə qədərdir. Maşınları kiçik sıxma gücü səviyyəsinə görə sazlayırlar ki, bu da yalnız Monsadakından azdır.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM