Alternative content

22:25 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir
Bakıda “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir
ANA SƏHİFƏ / SİYASƏT
00:48 26.04.2019


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə "Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda ikinci beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, ADA Universitetində keçirilən tədbirdə əvvəlcə Yeni Zelandiyada və Şri-Lankada terror aktları nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın moderatoru olan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis bildirib ki, son günlər Yeni Zelandiyada və Şri-Lankada baş verən hadisələr dini radikalizmlə mübarizənin hələ də başa çatmadığını göstərir. Bu baxımdan bu cür konfransların əhəmiyyətinə toxunan D.Daniilidis dini ayrı-seçkiliyin gücləndiyi müasir dövrdə Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini, eləcə də mədəniyyətlər və dinlər arasında əməkdaşlıq təcrübəsini dünya ölkələri ilə bölüşmək niyyətini yüksək qiymətləndirib.

Konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı mövzunun aktuallığını vurğulayıb. Bildirib ki, Yeni Zelandiya, Şri-Lankada törədilən terror aktlarına qarşı mübarizə bəşəriyyətin qarşısında duran ən əsas məsələlərdəndir. Müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışına nümunə olacaq ölkələr arasında Azərbaycan çox mühüm yer tutur. Ölkəmizdə multikultural dəyərlər dövlət səviyyəsində qorunur. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə tolerant dəyərlər ciddi mühafizə olunur. Azərbaycanda bütün dini inanclara, onların mənsublarına hörmətlə yanaşılır. Ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Eyni zamanda, ölkə ərazisində mövcud olan İslam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları maddi-mənəvi irs kimi qorunub saxlanılır. Azərbaycanda 33 qeyri-müsəlman dini icması fəaliyyət göstərir.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankaukas belə konfransların keçirilməsinin zəruriliyini qeyd edib. Bildirib ki, artıq ikinci dəfədir keçirilən bu konfrans tərəflərin müsbət təcrübə qazanmasına imkan yaradır. Nümayəndəliyin rəhbəri Yeni Zelandiyada və Şri-Lankada baş vermiş dəhşətli hadisələri xatırladaraq deyib ki, bu cür hadisələrin qarşısının alınması üçün hər kəs səylərini birləşdirməlidir.

Azərbaycanla dini sahədə əməkdaşlığa toxunan Kestutis Yankauskas vurğulayıb ki, Azərbaycandakı dini liderlərin Brüsselə səfəri təşkil edilib. O, həmçinin mayın əvvəlində Bakıda "Imagine” tolerantlıq festivalının keçiriləcəyini deyib və bu tədbirin müxtəlifliyə və tolerantlığa töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, ekstremizmin qarşısını almaq üçün hər bir ölkə öz təcrübəsini bölüşməli, təbliğat aparmalıdır. Bundan başqa, dini radikalizmin yaranmasının səbəbləri araşdırılmalıdır. Əks halda, nəticə əldə etmək çətin olacaq. Əgər bir ölkənin qanunvericiliyində dini dözümlülük, dini etiqad azadlığının qorunması məsələləri öz əksini tapmayıbsa, həmin ölkədə dini radikalizm meyilləri olacaq. Azərbaycanın Konstitusiyasında dini etiqad azadlığının qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Milli Məclisdə dini ekstremizmin aradan qaldırılması ilə bağlı qanun qəbul olunub.

Siyavuş Novruzov deyib ki, dini etiqad azadlığının təmin edilməsi vacibdir. Bunun əksi dini radikalizmə gətirən əsas səbəblərdən biridir. Din xadimləri bu məsələdə aparıcı rol oynamalıdır. Onlar təbliğat apararaq insanları qardaşlığa, bərabərliyə çağırmalıdır.

Vurğulanıb ki, hər hansı terrorçu qruplaşmanı dinlə əlaqələndirmək olmaz. Dünyada 60-dan çox müxtəlif terror qrupu var. Onların əksəriyyətinin adı da məlumdur və heç biri dinlə əlaqəli deyil.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qeyd edib ki, konfransın bu təhsil ocağında keçirilməsi heç də təsadüfi deyil. Çünki gənclər arasında dini tolerantlığın təbliği mühüm əhəmiyyət kəsb edir. O diqqətə çatdırıb ki, ADA universitetində təhsil alan gənclərin müxtəlif dinlərə aid ibadətgahlarla tanış olmasına, eləcə də onlar arasında multikultural dəyərlərin təbliğinə xüsusi önəm verilir.

Fransa hökumətinin dini işlər üzrə məsləhətçisi Jan-Kristof Posel bildirib ki, dünyada terrorçuluqdan, radikallıqdan sığortalanan ölkə yoxdur. Din anlayışı ilə dini dona bürünmüş radikalizm arasında fərq qoyulmalıdır. Dinlərarası dialoqun vacibliyinə toxunan Fransa rəsmisi bunun əks tərəflərin fikirlərini, istəklərini, fərqlərini üzə çıxarmağa imkan yaratdığını deyib. O, eyni zamanda, dövlətin dini nəzarətdə saxlamasının arzu olunmadığını, belə müdaxilənin dinin mahiyyətindəki təməl hüquq və azadlıqları poza biləcəyini dilə gətirib. Qeyd edib ki, zorakılıqla din arasında fərq qoyulmalıdır. Dinlər bu məsələdə günahsızdır. Biz gənclərin dini düzgün öyrənmələri üçün yollar axtarmalıyıq. Bizim cəmiyyətlərimiz plüralist cəmiyyətlərdir, müxtəlif konfessiyalardan ibarətdir. Dini konfessiyaları birgə yanaşı yaşamağa təşviq etmək lazımdır. Biz bu fərqlilikləri problem kimi yox, zənginliyin nümunəsi kimi qəbul etməliyik.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmər Cavadlı idarənin tarixi, hüquqi statusu və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, QMİ 1823-cü ildə rəsmi dini təşkilat kimi yaranıb. Bu illər ərzində QMİ-nin ən səmərəli fəaliyyəti müstəqillik dövrünə təsadüf edir. Azərbaycan müstəqillik qazanandan sonra dövlət-din münasibətləri də inkişaf edib. O, eyni zamanda, QMİ-nin fəaliyyətində mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası İdarəsinin nümayəndəsi Konstantin Pominov, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete Azərbaycanın çoxmillətli və çoxdinli ölkə olduğunu, bu ölkənin milli siyasətinin müxtəlif millətlərin, etnik qrupların, dini azlıqların birgə yanaşı yaşaması, dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyini söyləyiblər. Qeyd olunub ki, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma olmayıb. Burada qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, həmçinin dini münasibətlər mövcuddur.

Konfrans işini aprelin 26-da "Dini icmalar sülhün carçısı kimi”, "Dünyəvi dövlətlərdə dövlət-din münasibətləri”, "Zorakı ekstremizmin qarşısının alınmasında maarifləndirmə tədbirləri” mövzularında panellərlə davam etdirəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM