Alternative content

22:20 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nəsiminin yubileyi Budapeştdə qeyd olundu
Nəsiminin yubileyi Budapeştdə qeyd olundu
ANA SƏHİFƏ / Mədəniyyət
00:47 26.04.2019


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycanın Macarıstandakı Səfirliyi, Azərbaycan Milli Kitabxanası və Budapeştdəki Yunus Əmrə İnstitutu ilə birlikdə Budapeştdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirmişdir. Tədbir Yunus Əmrə İnstitutunun Budapeştdəki binasının foyesində Azərbaycan Milli Kitabxanasının fondlarında mühafizə olunan Nəsiminin əsərlərindən və onun haqqında ədəbiyyatdan ibarət geniş kitab sərgisinin nümayişi ilə açıldı. Sərginin açılışından sonra İmadəddin Nəsimi haqqında qısa sənədli filmin nümayişi oldu.

Yunus Əmrə İnstitutunun direktoru Yakub Gül Azərbaycan nümayəndə heyətinin üzvlərini və bütün qonaqları salamlayaraq İmadəddin Nəsimi kimi böyük söz adamının və dahi şairin yubiley tədbirlərinə evsahibliyi etməsindən böyük şərəf duyduğunu söylədi.

Azərbaycanın Macarıstandakı səfiri professor Vilayət Quliyev Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, respublikamızda və onun hüdudlarından kənarda "Nəsimi ili” çərçivəsində bir sıra tədbirlərin keçirildiyini bildirdi. O, böyük Azərbaycan şairi Nəsiminin Azərbaycan ədəbiyyatı tarixində tutduğu yerdən və mövqedən danışaraq filosof şair və sufilik təriqəti ənənələrinin ideoloqlarından biri olduğunu xüsusi vurğuladı. Səfir İ.Nəsiminin Azərbaycanın Şamaxı bölgəsində doğulub boya-başa çatdığını, bütün Şərqi Anadolunu, Ərəbistanı gəzib dolaşaraq öz dərin fəlsəfi yüklü və bəşəri ideyalarla zəngin poeziyası ilə hamının qəlbini riqqətə gətirdiyini, şeirlərinin Azərbaycanda, Türkiyədə, Şərqi Anadoluda, İranda, Suriyada dillər əzbəri olduğunu və hamı tərəfindən sevildiyini söylədi. V.Quliyev bildirdi ki, dahi Nəsiminin 650 illik yubiley tədbirinin məhz Yunus Əmrə İnstitutunda keçirilməsi təsadüfi xarakter daşımır. Burada macar türkoloqlarının iştirakı və maraqlı məruzələrlə çıxış etməsi də Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələrin olmasına və bu ənənənin indi də hər iki ölkənin rəhbərlərinin səyləri ilə uğurla davam etməsinə dəlalət edir.

Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev öncə bu tədbirin keçirilməsinə şərait yaratdığı üçün Türkiyə səfirliyinin, Yunus Əmrə İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirdi və böyük Azərbaycan şairi haqqında danışarkən xüsusi vurğuladı ki, Nəsiminin 600 illik yubileyi ilk dəfə Sovetlər birliyi dövründə, 1973-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən keçirilmişdir və bu yubiley tədbirləri nəinki Bakıda və bütün Azərbaycanda, hətta Moskvada və Parisdə UNESCO-nun qərargahında da qeyd olunmuşdur. Bütün bunlar Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və onun görkəmli şəxsiyyətlərinə verdiyi böyük dəyərin bariz nümunəsi idi. Bu ənənənin uğurlu davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 15-də dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin geniş şəkildə və yüksək səviyyədə keçirilməsi barədə tarixi sərəncam imzalamış və 2019-cu ilin "Nəsimi ili” elan olunması barədə qərar vermişdir. Bütün bunlar müstəqil Azərbaycan Respublikasında mədəniyyətə, ədəbiyyata və onun görkəmli nümayəndələrinə, milli mənəvi dəyərlərimizə verilən qiymətin və diqqətin nümunəsi hesab olunmalıdır.

Macarıstanın Türkiyədəki keçmiş səfiri, Türk Şurasının Macarıstan ofisinin rəhbəri, türkoloq-alim Yanoş Hovari türk dünyasının ortaq mədəniyyətinin və ədəbiyyatının təbliğində belə yubiley tədbirlərinin xarici ölkələrdə keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyinə diqqət çəkmişdir.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin əsərlərinin nəşrindən və onun əlyazmalarının yayılma arealından danışdı. O, Nəsiminin əsərlərinin keçmiş sovet dövlətinin ideoloji və antimilli siyasəti ilə əlaqədar dünya miqyasında az nəşr olunduğunu, yalnız ümummilli lider Heydər Əliyevin çox cidd-cəhdləri nəticəsində şairin 600 illik yubileyi çərçivəsində əsərlərinin nəşr edildiyini, haqqında kitablar yazıldığını, bədii, tammetrajlı və qısametrajlı sənədli filmlər çəkildiyini, rayonlara, küçələrə, məktəblərə, mədəniyyət ocaqlarına adının verildiyini, abidəsinin ucaldıldığını diqqətə çatdırdı. Bildirdi ki, Nəsimi yaradıcılığına ikinci nəfəs 2018-2019-cu illərdə gəldi. Belə ki, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə tarixdə ilk dəfə Beynəlxalq Nəsimi Festivalı, dünyanın onlarca ölkəsindən gələn nəsimişünas alimlərin iştirakı ilə elmi konfranslar, simpoziumlar, kitab təqdimatları və sərgiləri keçirildi. Həmin il noyabrın 15-də Azərbaycan Prezidenti Nəsiminin 650 illik yubileyinin keçirilməsi barədə sərəncam imzaladı. Prezidentin 2019-cu il 15 yanvar tarixli sərəncamı ilə 2019-cu il "Nəsimi ili” elan edildi. Bu tədbirlər də həmin sərəncama əsasən keçirilir. Prezidentin sərəncamı ilə Nəsiminin ikicildlik "Seçilmiş əsərləri” iki dəfə - 2004-cü və 2013-cü illərdə 25 min tirajla çap olunmuşdu. "Nəsimi ili”ndən də bizlərə cild-cild yeni yazılacaq və çap olunacaq kitablar qalacaq.

K.Tahirov bildirdi ki, Nəsimi Azərbaycanda doğulub boya-başa çatsa da, Türkiyədə, Anadoluda, İranda və Suriyada da yaşamışdır və ona görə də onun əlyazmaları bu arealda daha çox yayılaraq dillər əzbəri olmuşdur. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, hazırda dünya kitabxanalarının və muzeylərinin fondlarında Nəsiminin 50-dən artıq əlyazması saxlanılır. Bunlardan 30-u Türkiyədə, 11-i İranda, Çexiyada, ABŞ-da, İngiltərədə, Vatikanda, Rusiyanın Sankt-Peterburq şəhərində, Avstriyada və digər ölkələrdədir. Hazırda Azərbaycan Milli Kitabxanası Mədəniyyət Nazirliyi ilə birlikdə ilk növbədə Nəsiminin dünya kitabxanalarında saxlanılan əlyazmalarının, sonrakı illərdə isə digər görkəmli şairlərimizin əlyazmalarının digital surətlərinin Azərbaycan Milli Kitabxanasına toplanması layihəsi üzərində işləyir. İlin sonunda İmadəddin Nəsimiyə həsr olunmuş biblioqrafiya da nəşr ediləcəkdir.

Tədbirdə Türkiyə Cümhuriyyətinin Macarıstandakı səfiri Əhməd Akif Oktay da iştirak edib.

Tədbirin bədii hissəsində "Nəsimi” tammetrajlı bədii filmindən fraqmentlər göstərildi, türkiyəli və azərbaycanlı ifaçılar tərəfindən Nəsiminin şeirlərinə yazılmış musiqilər ifa olundu.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM