Alternative content

11:58 23 May 2019
ONLINE XƏBƏR LENTİ
01:08 23.05.2019 Qafqazın dan ulduzu
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənclər bu günümüz, sabahımız, uğurlu gələcəyimizdir
Gənclər bu günümüz, sabahımız, uğurlu gələcəyimizdir
ANA SƏHİFƏ / SİYASƏT
00:46 26.04.2019


Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Yasamal rayon təşkilatının V hesabat-seçki konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov partiya üzvləri arasında çoxluq təşkil edən gənclərin hesabat dövründəki fəaliyyətindən bəhs edərək bildirib ki, siyasi hazırlıqları ilə fərqlənən yeni nəslin nümayəndələri partiyanın işində fəallıq göstərirlər. Bu gün Azərbaycan gəncləri müstəqil dövlətimizin fəal qurucularıdır. Bu, böyük xoşbəxtlikdir. Hər bir azərbaycanlı kimi, gənclərimiz də belə qüdrətli bir ölkənin vətəndaşları olduqları üçün fəxr edir, qürur duyurlar. Azərbaycanın hərtərəfli inkişafında fəallıq göstərən gənclərimiz iqtisadiyyatımızın müxtəlif sahələrində çalışmaqla siyasi hazırlıqları ilə də fərqlənir, ölkəmizin ümumi inkişafına böyük töhfələr verirlər. Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir.

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev hesabat məruzəsi ilə çıxış edərək gənclərlə aparılan işlərdən ətraflı danışıb. Bildirib ki, paytaxtın intellekt mərkəzlərindən sayılan Yasamal rayonunda ali təhsil ocaqları çoxluq təşkil etdiyindən Gənclər Birliyinin üzvləri siyasi hazırlıqları, təhsildə qazandıqları uğurları ilə də seçilirlər. YAP Yasamal rayon təşkilatı ətrafında 31500 üzvü birləşdirir. Onlardan 12300 nəfərini gənclər, 4200 nəfərini qadınlar təşkil edir. Təkcə ötən il 961 gənc rayon təşkilatına üzvlüyə qəbul olunub. Partiyanın qurucusu, ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi qayğını və diqqəti bu gün daha yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyevə ən layiqli cavabımız dövlət başçısının ətrafında sıx birləşərək onun siyasətini əməli işimizlə doğrultmaqdır.

Hesabat məruzəsi ətrafında çıxış edən gənclərdən Anar Cəfərov, Vəfa Mürsəlzadə, Bayram Aslanov bildiriblər ki, biz gənclər təhsildə, şəxsi həyatımızda, çalışdığımız sahələrdə üzərimizə düşən vəzifələri yerinə yetirməklə üzvü olduğumuz YAP-ın ideyalarına sadiqliyimizi dövrün çağırışlarına əməli fəaliyyətimizlə bildirəcəyik.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Sədr müavini Bahar Muradova gənclərə xitab edərək onları ulu öndər Heydər Əliyev ideyalarına sadiq yenilməz qüvvə adlandırıb. O deyib: "YAP-ın üzvü olmaq elə ulu öndərin ideyalarını davam etdirən ziyalı potensialı deməkdir. Azərbaycan gəncliyi ölkəmizin diplomatik uğurlarının qazanılmasında da iştirak edir. Beynəlxalq idman yarışlarında qələbə qazanan gənclərimizin Azərbaycan bayrağını yüksək pillələrdə dalğalandırması bütünlükdə gəncliyə göstərilən diqqətin nümunəsidir. Partiyamızın sədri cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən biri də yeni təfəkkürlü insan yetişdirmək, gənclərimizi azərbaycançılıq ideyalarına sadiqlik ruhunda tərbiyə etməkdir. Sevindirici haldır ki, bugünkü gəncliyimiz bütün çağırışlara cavab verə biləcək səviyyədə hazırlıqlıdırlar. Sizlərin bütün sahələrdə qazandığınız uğurlar bütünlükdə Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edir”.

Bahar Muradova mövcud olan potensialdan örnək götürən gəncləri daha inamlı olmağa, sabaha ümidlə baxmağa çağıraraq onlara dövlətçilik işlərində, şəxsi həyatlarında uğurlar arzulayıb.

YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, bu gün Azərbaycan gəncliyi partiyanın proqram və nizamnaməsindən irəli gələn vəzifələri şərəfli işi ilə doğruldur, bu adı ləyaqətlə daşıyır. Dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı partiyada təmsil olunan gənclərimiz fəallıqlarını artırır, vətənə layiqli xidmətləri ilə fərqlənirlər. Yasamal rayonunda yaşayan gənclərin partiyanın rayon təşkilatında çoxluq təşkil etməsi YAP-a ümumxalq inamının nəticəsidir. Gənclərimiz cəmiyyətimizin aparıcı qüvvəsi kimi ictimai işlərdə də fəallıq göstərirlər. Ərazi və əhali baxımından çox böyük olmasa da, ölkəmizin qüdrətli dövlət kimi dünya birliyində tanınmasında xüsusi rolu və xidmətləri olan gənclərimiz minlərlədir. Azərbaycanın həmmüəllifi olduğu, qitələri birləşdirən qlobal enerji və nəqliyyat layihələrinin reallaşması təkcə region üçün deyil, bütünlükdə dünya dövlətləri üçün böyük əhəmiyyət daşıyır. Gənclər fəallıqları ilə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, Azərbaycanın uğurlarına qısqanclıqla baxan mənfur niyyətli qüvvələrə siyasi hazırlıqları, elmdə, iqtisadiyyatda qazandıqları nailiyyətlərlə cavab verməlidirlər. Onlar yaramaz və yarıtmaz milli xəyanətkarlarımızın təxribatlarına sosial şəbəkələrdə fəallıq göstərməklə cavab verməlidirlər.

Konfransda təşkilati məsələlərə baxılıb. İlqar Quliyev YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Gənclər Birliyinin 25 nəfərdən ibarət İdarə Heyəti, 61 nəfər Şura üzvü seçilib. YAP Respublika Gənclər Birliyinin konfransında iştirak edəcək gənclər müəyyənləşib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM