Alternative content

23:50 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Antimillilərin qərəzləri və ya xilas ola bilmədikləri mərəzləri
Antimillilərin qərəzləri və ya xilas ola bilmədikləri mərəzləri
ANA SƏHİFƏ / SİYASƏT
00:46 26.04.2019


Respublikada gənclər siyasəti, bu zümrənin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında xalqımızın tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması diqqət mərkəzində saxlanır. Çünki müstəqil respublikamızın inkişafı ilk növbədə gənc nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından daha çox asılıdır.

Fiziki cəhətdən sağlam, məntiqi təfəkkürə malik vətənpərvər gənclər bizim gələcəyimiz, ümidlərimizdir. Gələcəyimizin isə etibarlı əllərdə olması üçün bütün qüvvələr səfərbər edilir, kompleks tədbirlər həyata keçirilir. Valideynlər, təhsil müəssisələri, elm ocaqları birlikdə bu mühüm və əhəmiyyətli məsələnin həllində böyük səy göstərirlər. Belə olan halda ifrat radikal müxalifətin gənclərimizi belə yoldan uzaqlaşdıraraq, meydan təfəkküründə saxlamalarına nə ad verəsən?!

Gənclərin potensialını mənfi emosiya ilə yükləyib, siyasi ambisiyalarına qurban verməkdən çəkinməyənlər də var ki, özlərini radikal müxalifət adlandıraraq ölkədə xaos yaratmağa səy göstərirlər.

Belə ki, destruktiv qüvvələr paytaxtda mitinq keçirmək adı altında sosial şəbəkələrdə çağırışlar edir, ölkədə aparılan dinc quruculuq işlərinə kölgə salmağa çalışır, bundan ötrü hətta köhnə fotoşəkillərdən də istifadə etməkdən çəkinmirlər.

Bu günlərdə sosial mediada İçəri şəhərin sökülüb-dağıldığını iddia edən şəkillərin paylanması da məhz hakimiyyətə qarşı qərəzli mövqedən savayı bir şey deyil. Ən azı ona görə ki, İçəri şəhər bu gün nəinki Bakı sakinlərinin, eləcə də ölkəmizin regionlarından gələn qonaqların, xarici turistlərin ən çox üz tutduqları ziyarət və istirahət yeridir.

Məhz həmin məsələ ilə bağlı "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mediatur təşkil edərək, məsələyə aydınlıq gətirib. Bakı Fotoqrafiya Evində, Qoşa qala qapısı ətrafında orta əsrlərin yadigarı olan Köhnə hamam və qala divarları ətrafında görülən işlərdən ətraflı söz açılıb. Mətbuat nümayəndələri XVII əsrə aid yeraltı hamamın konservasiyası ilə tanış olublar. Burada işlər ötən ilin may ayından başlayıb. Bərpa olunan hamamın unikal strukturu qorunur, heç bir müasir əlavə edilməyib. Yalnız köhnə pilləkənlər və qübbələr yenilənib. Əvəz edilmiş bütün daşlar da qədim dövrə uyğundur. Restavrasiya başa çatdıqdan sonra burada açıq hava altında muzey yaradılacaq ki, ziyarətçilər orta əsrlərə aid bu abidənin gözəlliyini daha yaxından görmək imkanı əldə edəcəklər.

Jurnalistlər qala divarlarında aparılan təmir-bərpa işləri ilə də tanış olublar. Burada abidənin orijinal və unikal xarakterini qorumaq üçün işlər diqqətlə görülür.

Sosial şəbəkələrdə paylanılan fotoşəkillərlə bağlı da mediaturda söz açılıb. Bildirilib ki, fotolarda göstərilənlər indiki vəziyyətlə tamamilə ziddiyyət təşkil edir və qərəzlidir. Həmin şəkillər hələ 2011-ci ildə qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib. Məsələnin kökündə isə, əslində, sovetlər dönəmində, konkret olaraq 1954-cü ildə qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur. Əfsuslar olsun ki, həmin prosesdə qala divarlarının o zamana qədər mövcud tarixi bürclərindən biri zədələnərək öz ilkin görkəmini itirmiş və düz divarın çəkilməsi ilə nəticələnmişdi.

"İçərişəhər” DTMQİ fotoşəkillə bağlı yaradılan "mənzərə”nin və əsassız ittihamların əksinə olaraq, 2011-2012-ci illərdə qala divarlarının bərpasını həyata keçirmiş, bu əsnada həmin dağılmış bürcü bərpa etmək üçün genişmiqyaslı işlər görmüşdür. Bərpa zamanı bütün arxiv sənədləri nəzərdən keçirilmiş, mümkün qədər bürcü ilkinliyinə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər, bir sözlə, mütəxəssislər tərəfindən layihə işlənib hazırlanmışdır. Məhz həmin işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görürük.

İçəri şəhər kimi tarixi yadigarın qorunub saxlanması istiqamətində aparılan bərpa və yenidənqurma işlərinə də mane olmağa, xalqın gözündən salmağa çalışan, millilikdən çox-çox uzaq - antimillilərin nəinki qərəzləri, əslində, qarayaxma mərəzləri özünü yenə də gizlədə bilmədi.

Yenidən gündəmə gəlmək istəyən müxalifət düşərgəsinin bəzi mənsublarının səsləndirdikləri populist fikirlərin müəlliflərinə bir daha xatırlatmaq istərdik ki, onların reallığa hesablanmayan bütün mənfur niyyətləri baş tutmayacaq: xalq heç vaxt avantürist çıxışlara uymayıb. Bundan sonra da onların belə antimilli çağırış və hərəkətlərinin qarşısı qətiyyətlə alınacaq. Burada söhbət xalqın və dövlətin ümumi mənafeyindən gedir.

Sosial mediadan Azərbaycan əleyhinə nəinki faktsız, eyni zamanda şər-böhtan yağdıran bir qrup sərsəmin də küçə tərbiyəsinin məhsulu olan jarqon ifadələri oxumaq mümkün deyil. Azərbaycandakı sürətli inkişafın əleyhinə çıxaraq hakimiyyətə itaətsizlik göstərməyə çağıran antimillilər düşünmürlər ki, müstəqilliyin bərpasından keçən müddət ərzində özlərini müxalifət adlandıranların heç bir siyasi, ictimai, sosial platformaları yoxdur. İqtidardakı hakimiyyət təmsilçilərini, yaxud məmurları hədəf seçən radikallar özlərinin "birillik hakimiyyət”ləri zamanı xalqın gözündən düşdüklərini unudublarmı?! Bir sözlə, antimillilərin qərəzləri və xilas ola bilmədikləri mərəzləri növbəti dəfə də ifşa olundu.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM