26 Aprel 2019 00:45
791
İDMAN
A- A+

“Formula-1” ərəfəsində Bakıda hotellər dolub


"Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq Bakının mərkəzində yerləşən hotellərdə yerlərin 90-95 faizi dolub. Bunu "Trend” agentliyinə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi deyib.

Dübəndi bildirib ki, yarışlarla bağlı şəhərin mərkəzində yerləşən bir sıra iri hotellər daha çox turist qəbul edib: "Bir qədər kiçik hotellərdə də sıxlıq var. Belə ki, təxminən 65-75 faiz sıxlıq nümayiş olunur. Bu, mövsüm üçün yüksək göstəricidir”. O əlavə edib ki, "Formula-1” hotelçilik və turizm sənayesi baxımından çox önəmli tədbirdir: "Formula-1” kimi irimiqyaslı tədbirlər ölkəyə əlavə turist cəlb edir. Azərbaycan yeni turizm məkanı kimi dünyaya açılır. Tədbir sayəsində turizm infrastrukturumuz, o cümlədən hotellər, restoran xidmətləri, əyləncə, taksi xidmətləri, suvenir satışı və s. sahələrdə canlanma nəzərə çarpır”.

Assosiasiyanın sədri qeyd edib ki, "Formula-1” Azərbaycanın turizm imkanlarını tanıtmaq baxımından da önəmlidir: "Turistlər yarışlardan əvvəl gəlir, yarışlardan sonra da qalıb Azərbaycanın turizm imkanları ilə tanış olurlar. "Formula-1” bahalı idman növüdür və onun azarkeşləri də varlı adamlardır. Biz onlara yeni turizm məhsulları təqdim etməliyik. Söhbət region turlarından gedir. Bu onlar üçün daha maraqlı olar”.

Mütəxəssis deyib ki, turizm sənayesinin "Formula-1”dən gözləntiləri yüksəkdir: "Ümid edirik ki, builki yarışlar da turistlərin sayının artmasına təsir edəcək. Dövlət turizm sənayesi qarşısında məqsədlər qoyub. 2020-ci ildə biz 4,5 milyon turist qəbul edə biləcəyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video