Alternative content

05:59 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.08.2019 Muğamın Xanı
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Daniel Rikkardo: “Bakı trasında əyləci sıxmağa tələsmək lazım deyil”
Daniel Rikkardo: “Bakı trasında əyləci sıxmağa tələsmək lazım deyil”
ANA SƏHİFƏ / İDMAN
00:44 26.04.2019


"Formula-1” yürüşlərinin Çində keçirilmiş əvvəlki mərhələsində Daniel Rikkardo "Renault” komandasının heyətində ilk xallarını qazanıb. 2017-ci ildə Bakı trasında yürüşün qalibi olmuş pilot bu dəfə öz uğurunu daha da möhkəmlətmək niyyətindədir.

- Azərbaycan Qran-prisinin bənzərsizliyi nədən ibarətdir?

- Bakı trası digər şəhərlərin küçələrində keçirilən Qran-pri trasından tamamilə fərqlənir. Burada ötüb keçmək üçün çox imkan var. Mənim Bakı trasında yürüşlərim həmişə maraqlı olub. Ağlasığmaz uğurlar da olub, məsələn, 2017-ci ildə gözlənilmədən qalib gəldiyim kimi, ötənilki kimi tam uğursuzluq da. 2017-ci ildə yürüş kartdrom döyüşünə oxşayırdı - həmin gün biz hamınız özümüzü təzədən uşaq kimi hiss etdik. Bu trasın bəzi elementlərindən yeni avtodromlarda istifadə etmək yaxşı olardı. Əyri-üyrü, uzun marşrut rəqibləri ötüb keçməyə imkan verir və biz öz maşınlarımızı daha kiçik sıxıcı qüvvə üçün kökləməyə məcbur oluruq.

- Bakı trasının əsas mürəkkəbliyi nədən ibarətdir?

- Əsas mürəkkəblik əyləc sistemi ilə bağlıdır. Xüsusən düzxətli hissələrdən sonrakı birinci və üçüncü döngələrin qarşısında əyləci mümkün qədər gec sıxmaq lazımdır.

Bu halda siz daim hücum vəziyyətində olursunuz və səhv etməyə haqqınız yoxdur. Uik-enddə maşının imkanlarının yuxarı həddini tapmaq lazımdır. Bu isə maneələrlə əhatə olunmuş trasda heç də asan deyil. Keçən dəfə özümüz gördük ki, səhv etmək divara çırpılmaqla nəticələnir və bu halda pilot mübarizəni dayandırmağa məcbur olur.

- Bundan əvvəlki yürüşdə "Renault” komandasının heyətində ilk xalları qazanmağınızdan razısınızmı?

- Çində xal qazanmaq çox xoş idi. Uik-enddə irəliləməyə nail olduq. Cümə günü məşqlər zamanı problemlər də oldu, lakin hər dəfə trasa çıxanda özümüzə inamımız artırdı.

Bir pitt-stop ilə yürüş keçirmək asan deyildi, lakin biz bu vəzifəni yerinə yetirdik. Müsbət amillər çoxdur. Qarşıda görüləsi işlərin çox olduğunu bilirik, amma düzgün istiqamətdə irəliləyirik.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM