Alternative content

23:49 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mario İzola: “Bakı Şəhər Halqası digər şəhər treklərindən çox fərqlənir”
Mario İzola: “Bakı Şəhər Halqası digər şəhər treklərindən çox fərqlənir”
ANA SƏHİFƏ / İDMAN
00:44 26.04.2019


"Pirelli” şirkətinin rəsmi veb-səhifəsində "Formula-1” SOCAR Azərbaycan Qran-prisi ilə bağlı təkər seçimlərinə dair məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Halqasının özünəməxsus xüsusiyyətləri, küləkli və dəyişkən hava şəraiti, həmçinin trek ətrafındakı tikililərin hava axınına və trek səthinin istiliyinə təsiri komandalara düzgün təkər strategiyasının qurulmasında çətinlik törədir.

Məqalədə qeyd olunub ki, Bakı Şəhər Halqası ən uzun və sürətli şəhər trekidir. Yüksək sürət, kəskin döngələr və ensiz hissələr bu trekdə qəzaları qaçılmaz edir. Nəticədə təhlükəsizlik maşını trekə daxil olur. Digər tərəfdən, "Formula-1” trekləri içində ən uzun sürətlənmə düzlüyü buradadır və bu düzlük təkərlərin istiliyini aşağı salır. Bundan başqa, şəhər treki olduğuna görə burada səth hamardır və bu da öz növbəsində təkərlərin asfalta möhkəm ilişməsinə mane olur.

Yazıda bildirilir: "Bakı, həm də "Küləklər şəhəri” kimi tanınır və külək bolidlərin aerodinamikasına böyük təsir göstərir. Trekin ətrafında çoxmərtəbəli binaların olması trekə müxtəlif istiqamətlərdən güclü hava axınının daxil olmasına səbəb olur. Digər tərəfdən, yarış 16:10-da başlayır və trek səthində temperatur tezliklə aşağı düşə bilir. Ümumiyyətlə indiyədək Bakıda keçirilmiş Qran-pri yarışları həm çox isti, həm də sərin hava şəraitində baş tutub. Qeyd olunan bu səbəblər Bakı üçün sabit strategiyanın qurulmasını mümkünsüz edir”.

Bunları nəzərə alan "Pirelli” şirkəti Çində baş tutmuş sonuncu yarışda olduğu kimi, Bakı yarışında da komandalara oxşar təkər seçimlərini təklif edir - sərt, orta və yumşaq. Komandalar artıq öz seçimlərini ediblər. İlk üçlükdə olan komandalardan "Red Bull” yumşaq təkərlərə daha çox üstünlük verib. "Mercedes” və "Ferrari” komandaları isə bu təkər növünə öz seçimlərində az yer veriblər.

Şirkətin "Formula-1” üzrə yarış meneceri Mario İzola Azərbaycan Qran-prisi üçün düzgün təkər seçimi etməkdə çətinlik çəkdiyini bildirib: "Bakıda pilotları gözləyən əsas çətinlik ön və arxa təkərlərin düzgün istiqamətdə işləməsini təmin edən oxların balansını saxlamaqdır. İki kilometrlik sürətlənmə düzlüyü və müxtəlif texniki xüsusiyyətli döngələri ilə fərqlənən Bakı trekində tez-tez təhlükəsizlik maşınını görürük. Bu, bəzi komandaların işinə mane olsa da, bəzilərinin strategiyasına xidmət edir.

Yarış üçün seçdiyimiz təkər növləri Bakının müxtəlif tələblərinə tam uyğun olmalıdır. Bununla belə, Azərbaycan Qran-prisi düzgün təkər seçimi etmək baxımından təqvimin ən çətin yarışlarından biridir. Bu, bütün şəhər trekləri üçün xarakterik xüsusiyyətdir. Lakin Bakı treki uzunluğu və yüksək sürət yığmaq imkanı baxımından "Formula-1” təqvimindəki digər şəhər treklərindən çox fərqlənir”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM