25 Aprel 2019 21:54
1070
Təhsil
A- A+

Təhsil Nazirliyində “Cisco” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub


Aprelin 25-də Təhsil Nazirliyində "Cisco” şirkətinin rəhbər heyəti ilə görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə "Cisco” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda əldə olunan nailiyyətlər, fəaliyyətin daha da genişləndirilməsi, gələcək imkanlar barədə müzakirələr aparılıb. Qeyd edilib ki, Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində "Cisco” şirkəti ilə sıx əməkdaşlıq qurulub. Şirkətin təqdim etdiyi həllər vasitəsilə təhsil müəssisələrində İP-telefoniya, videokonfrans rabitə sistemi, vahid təhsil platforması yaradılıb.

Bildirilib ki, hazırda "Cisco” şəbəkə akademiyalarının Azərbaycanda sayı 13-ə çatıb. Onlardan 5-i ali təhsil müəssisələrində, digərləri isə özəl qurumlarda yerləşir. Akademiyalarda İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilir.

Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, ölkədə müasir informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi əsas prioritet istiqamətlərdəndir. Bu baxımdan nazirlik tərəfindən son illər təhsil sistemində idarəetmənin informasiyalaşdırılması, İKT infrastrukturunun inkişafı, elektron təhsil texnologiyalarının tətbiqi və kadr potensialının gücləndirilməsi istiqamətində geniş işlər həyata keçirilir. Eyni zamanda, bu istiqamətdə dövlət və özəl qurumlar arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına xüsusi diqqət yetirilir.

Tərəflər əməkdaşlığın davam etdirilməsi və birgə layihələr barədə müzakirələr aparıblar.

Görüşdə təhsil nazirinin müşaviri Həsən Həsənli, təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov, "Cisco” şirkətinin vitse-prezidenti Qay Didrix, Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Sperou, regional meneceri Vladimir Orlov və "Azərbaycanda innovasiya üzrə direktoru Ramil Eyyubov iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video