Alternative content

16:26 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin məlumatı
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin məlumatı
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:49 25.04.2019

Ölkədə aparılan və gömrük xidmətini də əhatə edən islahatların məqsədi gömrük sistemində neqativ halların aradan qaldırılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması, daxili bazarın və iqtisadi təhlükəsizliyinin qorunmasıdır.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, ötən gün bir sıra kütləvi informasiya vasitələrində Gömrük Komitəsinin və onun rəhbərliyinin fəaliyyətinə qarşı əsassız ittihamların yer aldığı, həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Məlumatda əlvan metalların istehsalı, emalı və ixracı ilə məşğul olduğu bildirilən "Salehoğlu LTD” MMC şirkətinə məxsus hazır məhsulun ixrac gömrük proseduru ilə rəsmiləşdirilməsi üçün bəyan edildiyi, ancaq gömrük orqanları tərəfindən guya qanunsuz olaraq hazır məhsulun xammal şəkildə rəsmiləşdirilməsinin tələb olunduğu, bununla da şirkətin əlavə ödəmələrə məruz qaldığı iddia olunur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 500 nömrəli Qərarına əsasən, ixrac edilən mis və sink əsasında ərintilər (latun) 2021-ci il sentyabrın 5-dək gömrük dəyərinin 10 faizi və hər 1000 kiloqrama görə 300 ABŞ dollarından az olmamaqla gömrük rüsumuna cəlb edilir.

Lakin bəzi iş adamları qanunvericiliyin tələblərinə əməl etməyərək yuxarıda qeyd olunan malların ixracı zamanı gömrük rüsumundan yayınmağa cəhd edirlər. Belə ki, komitənin müvafiq qurumlarının apardığı araşdırma nəticəsində həmin iş adamları tərəfindən latun ərintilərin kustar üsulla emal olunduqdan sonra standartlara cavab verməyən yarımfabrikatlar halına salınmaqla (çubuqlar, digər yivli məmulatlar və sair) gömrük orqanlarına yanlış bəyan olunduğu, bununla da gömrük ödənişlərindən yayınmağa cəhd etdikləri müəyyən edilib. "Salehoğlu LTD” MMC şirkətinə məxsus olduğu iddia edilən məhsullar da bu qəbildəndir.

"Məlumat üçün bildiririk ki, mis və sink əsasında ərintilər yuxarıda qeyd olunduğu kimi gömrük dəyərinin 10 faizi və hər 1000 kiloqrama görə 300 ABŞ dollarından az olmamaqla ixrac rüsumuna cəlb edildiyi halda, texnoloji standartlara uyğun şəkildə emal edilən və müvafiq standartlara cavab verən yarımfabrikatlar hər 1000 kiloqrama görə 15 ABŞ dolları məbləğində ixrac rüsumuna cəlb olunur.

Qeyd edək ki, ölkədə aparılan və gömrük xidmətini də əhatə edən islahatların məqsədi gömrük sistemində neqativ halların aradan qaldırılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması, daxili bazarın və iqtisadi təhlükəsizliyinin qorunmasıdır. Gömrük orqanları da fəaliyyətini bu istiqamətdə qurur və ictimai rəy, beynəlxalq ekspertlərin fikirləri bunu deməyə əsas verir ki, qarşıya qoyulan məqsədlər uğurla icra edilir. Dövlət Gömrük Komitəsinin inhisarçılığa şərait yaratması və ya yol verməsi ilə bağlı deyilənlər isə, ümumiyyətlə cəfəngiyatdır və məqsədli şəxslərin təxəyyülünün məhsuludur.

Ölkənin strateji dövlət qurumuna qarşı qaralama kampaniyasının əsas predmetinə çevrilən "hazır məhsul”un həqiqətən hazır məhsul və ya xammal olduğuna isə təqdim edilən fotolara baxaraq qiymət vermək olar”, - deyə idarədən bildirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM