Alternative content

22:59 25 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “İçərişəhər”: təmir-bərpa işləri Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirmir
“İçərişəhər”: təmir-bərpa işləri Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirmir
ANA SƏHİFƏ / Mədəniyyət
21:48 25.04.2019

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (İDTMQİ) vətəninin tarixini sevən və qiymətləndirən hər kəsdən hadisələrə obyektiv və qərəzsiz yanaşmağı xahiş edir.

AZƏRTAC xəbər verir ki, bu fikir Qoruq İdarəsinin İçərişəhərlə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlarla bağlı açıqlamasında yer alıb.

Açıqlamada bildirilir ki, çəkilən fotoşəkillərdən də görmək olar ki, heç bir beton materialın istifadəsindən, abidəyə zərər gəlməsindən söhbət gedə bilməz. Daşların arasında boy atmış bitkilər də bunun bariz nümunəsidir.

Qeyd edilir ki, ötən ilin sonundan etibarən Qoruq İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terasların genişləndirilməsi layihəsi həyata keçirilir. Layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur.

Bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirmir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız İdarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir.

İdarə bir daha dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM