Alternative content

01:41 21 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil naziri “Bir kəmər, bir yol” ikinci beynəlxalq əməkdaşlıq forumunda iştirak edib
Təhsil naziri “Bir kəmər, bir yol” ikinci beynəlxalq əməkdaşlıq forumunda iştirak edib
ANA SƏHİFƏ / Təhsil
21:45 25.04.2019

Aprelin 25-də təhsil naziri Ceyhun Bayramov Pekində keçirilən "Bir kəmər, bir yol” ikinci beynəlxalq əməkdaşlıq forumunda iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təhsil naziri proqram çərçivəsində təşkil olunan "Xalqlar arasında əlaqələr” adlı tematik forumda çıxış edib. Ceyhun Bayramov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn və təhsilin bütün sahələrində aparılan islahatlar, "2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qarşıya qoyduğu məqsəd və vəzifələr, BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təhsil sahəsində görülən tədbirlər, iki ölkə arasında həyata keçirilən əməkdaşlıq haqqında məlumat verib.

Forumda BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Miqel Anqel Moratinos, UNICEF-in icraçı direktoru Henrietta Foren, Mozambik Respublikasının Prezidenti Filipe Nyusi, Myanma İttifaqı Respublikasının Prezidenti Vin Myint və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç də çıxış edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM