Alternative content

23:04 25 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mədəniyyət naziri Cenevrədə beynəlxalq konfransda iştirak edib
Mədəniyyət naziri Cenevrədə beynəlxalq konfransda iştirak edib
ANA SƏHİFƏ / Mədəniyyət
21:10 25.04.2019

Mədəniyyət naziri Əbülfəs Qarayev İsveçrənin Cenevrə şəhərində "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu ildə qəbul olunmuş İkinci Protokolunun 20-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, UNESCO və İsveçrə Hökumətinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov, Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov və İsveçrə Konfederasiyasındakı səfirimiz Xanım İbrahimova daxildir.

Nazir Əbülfəs Qarayev konfransın Nazirlər Panelində çıxışı zamanı Konvensiyanın əhəmiyyətindən danışaraq Konvensiya və onun 2 protokolunun Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ilk qoşulduğu sənədlərdən olduğunu vurğulayıb. Ə.Qarayev qeyd edib ki, Azərbaycan tərəfindən 1954-cü il Haaqa Konvensiyası və onun Birinci Protokolu 1993-cü ildə, İkinci Protokolu isə 2001-ci ildə ratifikasiya edilib. Nazir Qobustan qayaüstü təsvirləri və İçərişəhərə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna əsasən hərbi münaqişələr zamanı "gücləndirilmiş mühafizə” statusu verildiyini və Azərbaycan tərəfindən bu abidələrin mühafizəsi ilə əlaqədar və qeyd olunan sənədlərin icrası məqsədilə UNESCO ilə birgə fəaliyyət aparıldığını, müvafiq ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, UNESCO ilə əməkdaşlığın inkişafında Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük rolu var.

Nazir, həmçinin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması, həmin ərazilərdə etnik təmizləmə siyasətinin aparılması və 1954-cü il Haaqa Konvensiyasının müddəalarına zidd olaraq işğal olunmuş ərazilərdəki mədəni irs nümunələrinin Ermənistan silahlı qüvvələri tərəfindən dağıdıldığı barədə konfrans iştirakçılarına məlumat verib.

Daha sonra nazir konfrans iştirakçılarının suallarını cavablandırıb.

Tədbirdən sonra nazir Əbülfəs Qarayev konfransda iştirak edən bir sıra ölkənin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM