Alternative content

01:35 21 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər
ANA SƏHİFƏ / Təhsil
18:11 25.04.2019

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar vaxtilə onun rəhbərliyi ilə çalışan yaşlı nəslin nümayəndələri, Ümummilli Liderin idarəçilik məktəbində yetişmiş dövlət orqanlarının keçmiş yüksək vəzifəli əməkdaşları, həmçinin veteranlar aprelin 25-də Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə güllər qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbir Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən təşkil olunub.

Sonra Respublika Veteranlar Təşkilatının üzvləri Heydər Əliyev Mərkəzində olublar. Burada veteranlara dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib.

Bildirilib ki, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi veteranların böyük marağına səbəb olub. Onlar muzeyin "Azərbaycanın ictimai-siyasi həyatı”, "Dövlətçilik, irs və nailiyyətlər”, "Fotolarda əks olunmuş həyat” bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri ilə virtual şəkildə məlumatlandırılıblar.

Respublika Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov jurnalistlərə müsahibəsində bildirib ki, veteranlar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin qurub-yaratdığı müasir müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış oldular. Onlar Ulu Öndərin ölkəmizin müstəqilliyin gücləndirilməsində, iqtisadiyyatının yaxşılaşdırılmasında, ordu quruculuğunda fəaliyyətinə xüsusi qiymət verirlər. Bu gün veteranlar Mərkəzdə Heydər Əliyev Muzeyi ilə tanış oldular. Onlar bir daha dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə xidmət etdiklərinə görə fəxr etdiklərini bildirdilər, bugünkü inkişaf etmiş Azərbaycana görə onu minnətdarlıq hissi ilə xatırladılar. Çünki ümummilli lider Heydər Əliyevin gördüyü böyük işlər öz nəticələrini verir. Hazırda ölkəmiz dünyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi, hərbi və digər sahələrdə əlaqələr qurub. Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Xalqımız bunun bəhrəsini hiss edir. Azərbaycan bu gün bütün sahələrdə böyük uğurlar qazanır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun qüdrətli dövlətinə çevrilib, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına yüksəlib. Ölkəmizin sosial, iqtisadi tərəqqisi istiqamətində də mühüm addımlar atılır.

"Bu gün Prezident İlham Əliyev veteranlara yüksək diqqət və qayğı göstərir, hər il 9 May - Qələbə bayramı ərəfəsində onlarla görüşür. Bu gün veteranların sosial müdafiəsi ilə bağlı məsələlər həllini tapır. Son dövrlərdə bu istiqamətdə müvafiq fərmanlar və sərəncamlar imzalanıb. Bu da Azərbaycan veteranlarının və geniş ictimaiyyətin böyük sevincinə səbəb olub. Çünki həmin sənədlər bütün kateqoriyadan olan veteranlara və əlillərə şamil olunub. Veteranlarımız da əzmlə çalışaraq Azərbaycan ictimai-siyasi həyatında fəal şəkildə iştirak edir, Prezidentin apardığı daxili və xarici siyasəti daim dəstəkləyirlər”, - deyə Cəlil Xəlilov vurğulayıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM