Alternative content

17:08 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qazaxıstanda Suriyaya dair danışıqların növbəti raundu başladı
Qazaxıstanda Suriyaya dair danışıqların növbəti raundu başladı
ANA SƏHİFƏ / DÜNYA
16:43 25.04.2019


Qazaxıstanın paytaxtı Nur-Sultanda Rusiya, İran və Türkiyənin iştirakı ilə ənənəvi "Astana formatı”nda Suriyaya dair danışıqlar start götürmüşdür. Bu barədə "Rosbalt” agentliyi xəbər verir.

Suriya hökumətinin və müxalifətinin nümayəndələri, habelə BMT-nin Suriya üzrə yeni xüsusi elçisi Geyr Pedersen Qazaxıstana gəlmişlər.

Qapalı ikitərəfli və üçtərəfli görüşlər " Ritz Carlton” hotelində keçirilir. Rusiya nümayəndə heyətinə Prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev başçılıq edir. Türkiyə tərəfindən danışıqlarda xarici işlər nazirinin müavini Sedat Önal, İrandan isə xarici işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi Əliəsgər Hacı iştirak edirlər.

Gözlənildiyinə görə, tərəflər Suriyada Konstitusiya Komitəsinin formalaşdırılmasını və İdlibdə terrorçulara qarşı mübarizəni müzakirə edəcəklər. Bu gün keçiriləcək plenar iclasda danışıqların yekun sənədi qəbul olunmalıdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM