Alternative content

16:27 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sisi 2030-cu ilədək hakimiyyətdə qalacaq
Sisi 2030-cu ilədək hakimiyyətdə qalacaq
ANA SƏHİFƏ / Təhsil
16:43 25.04.2019


Misirlilər üç gün davam etmiş referendum zamanı ölkə Konstitusiyasına prezidentlik müddətinin artırılmasını, ordunun rolunun genişləndirilməsini və parlament sisteminin dəyişdirilməsini nəzərdə tutan dəyişiklikləri dəstəkləmişlər. Bu, Prezident Əbdülfəttah Sisinin 2030-cu ilədək hakimiyyətdə qalmasına imkan verəcək.

Milli Seçki Komissiyasının sədri Laşin İbrahim bildirmişdir ki, Konstitusiya dəyişiklikləri dərhal qüvvəyə minir. Onun dediyinə görə, seçicilərin təxminən 89 faizi ölkənin Əsas Qanunununda dəyişikliklər edilməsinə səs vermişdir.

Ümumxalq səsverməsinə parlamentdə bundan əvvəl qəbul olunmuş Konstitusiya maddələrinin dəyişdirilmiş variantları çıxarılmışdı. Əsas dəyişiklik Prezident səlahiyyətlərinin müddətinin dörd ildən altı ilədək uzadılması olmuşdur. İndiki prezidentlik müddəti Sisi üçün ikinci olsa da, o, üçüncü müddətə namizədliyini irəli sürmək hüququ əldə etmişdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM