25 Aprel 2019 16:42
603
DÜNYA
A- A+

İran ABŞ və Almaniyaya məhbusları dəyişdirməyi təklif etdi


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkədə hakimiyyəti devirmək məqsədilə siyasi qəsddə ittiham olunan və həbsxanada cəza çəkən "Thomson Reuters” fondunun əməkdaşı, britaniyalı Nazənin Zəqari-Retkliffi ABŞ, Almaniya, yaxud Avstraliya həbsxanalarında saxlanılan iranlılara dəyişməyi təklif etmişdir. Bu barədə BBC telekanalı xəbər verir.

"Gəlin məhbusları dəyişdirək. Mən bunu etməyə hazıram” deyə nazir vurğulamışdır.

2016-cı ildə Zəqari-Retkliff İranda siyasi qəsddə iştirak etdiyinə görə beş il müddətinə azadlıqdan məhrum olunmuşdur. 2017-ci ilin payızında hökumət İran əleyhinə təbliğat aparmaq ittihamı ilə onun barəsində yeni cinayət işi açmışdır. Buna səbəb o vaxt Britaniya Xarici İşlər Nazirliyinə başçılıq edən Boris Consonun bəyanatı olmuşdur. Conson bildirmişdi ki, britaniyalı qadın İranda olarkən "sadəcə insanlara jurnalistika öyrədirdi”. Bundan sonra İranın dövlət televiziyası bəyan etmişdi ki, Consonun sözləri Zəqari-Retkliffin təqsirini təsdiqləyir və o, hökumət əleyhinə fəaliyyətdə iştirak etmişdir. Eyni zamanda Riçard Retkliff və "Thomson Reuters” fondu bildirmişdilər ki, Consonun sözləri həqiqəti əks etdirmir, çünki qadın körpə qızını babası və nənəsi ilə tanış etmək üçün İrana getmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video