Alternative content

17:07 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə heyəti ilə görüş olub
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə heyəti ilə görüş olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:10 25.04.2019

Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlarda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə fəal əməkdaşlıq əsasında bu təhsil ocağının institusional potensialından, elmi təhlil və araşdırmalarından istifadə məsələləri diqqətdə saxlanılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev həmin akademiyanın müəllim və tələbə heyəti ilə görüşdə deyib.

Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən görüşdə çıxış edən akademiyanın rektoru Hüseyn Qaraşov nazir Sahil Babayevin bu təhsil ocağında keçirdiyi görüşün müəllim və tələbələr üçün əhəmiyyətli olduğunu bildirib.

Görüş nazirin müəllim və tələbə heyəti üçün mühazirəsi ilə davam edib. Nazir Prezident İlham Əliyevin sosial islahatlar proqramının nailiyyətləri, dövlət başçısının fərman və sərəncamlarına əsasən əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlar barədə ətraflı məlumat verib. O, bildirib ki, cari ilin ötən dövründə minimum əmək haqqının və pensiyaların minimum məbləğinin, sosial müavinətlərin və təqaüdlərin əhəmiyyətli şəkildə artırılması, fiziki şəxslərin problemli kreditlərinin həlli və s. kimi mühüm tədbirlər 3 milyonadək vətəndaşın rifahına önəmli dəstək olub.

S.Babayev ölkə başçısının 2018-ci il 9 avqust tarixli Fərmanı ilə nazirliyin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) barədə məlumat verib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olaraq reallaşdırılan "DOST” layihəsinin, açılacaq "DOST” mərkəzlərinin dövlət sosial xidmətlərinin "bir pəncərə”, həmçinin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim edilməsinə imkan verəcəyini diqqətə çatdırıb.

Nazir əmək, məşğulluq, sosial təminat sistemləri üzrə elektron xidmətlərin genişləndirilməsi sahəsində görülən işlərdən danışıb, nazirliyin "e-sosial” internet portalı, "Məşğulluq” altsistemi, pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi və s. barədə məlumat verib. Sahil Babayev əmək bazarının tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi üçün aparılan islahatlar, sosial tərəfdaşlarla, o cümlədən həmkarlar təşkilatları ilə birgə iş müstəvisində layiqli əməyin təminatına, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönələn kompleks tədbirlərdən bəhs edib.

O, həmçinin əmək resurslarının məşğulluq imkanlarının artırılması üçün getdikcə genişləndirilən aktiv əmək bazarı proqramlarını qeyd edib. Aparılan bütün islahatların dərin elmi təhlil və araşdırmalara əsaslandığını vurğulayan Sahil Babayev əmək, məşğulluq, sosial müdafiə sistemləri ilə bağlı gələcək strateji hədəfləri diqqətə çatdırıb.

Nazir tələbə və müəllim heyətinin suallarını da cavablandırıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM